PDF Oxu

Dünya

  • 1 996

İran sülhün bərqərar olması ilə bağlı səylərinə görə Türkiyəyə minnətdardır

image

İran bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib.

SİA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə dair "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Ərdoğanla iki ölkəni də maraqlandıran regional məsələlər barədə müzakirələr aparmaqdan hər zaman məmnunluq duyur:

"Söhbətimiz zamanı bir daha vurğuladım ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və xalqımızın qanuni mənafelərinə cavab verən ədalətli və bərabərhüquqlu nüvə sazişini qəbul etməyə hazırdır; bura "Nüvə Silahına Yox" prinsipinin təmin edilməsi və sanksiyaların ləğvinə zəmanət verilməsi daxildir".

"Digər qardaş qonşularla yanaşı, Türkiyə də bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində öz xoşməramlı səylərini göstərib. İran İslam Respublikası bu cür səylərə görə minnətdardır və onları alqışlayır", - deyə vurğulayan Əraqçi bildirib ki, İran regionda sülh və sabitliyi qorumaq, həmçinin onu qanunsuz təcavüzlərdən müdafiə etmək üçün region dövlətləri ilə əməkdaşlığa hər zaman hazırdır.

Digər xəbərlər

Le Monde: Kreml Putinin reytinqinin düşməsindən narahatdır...

Siyasi dairələrdə gərginlik hökm sürür...

Avropa və Amerika: Milyarderlərin sayının ən sürətlə artdığı yerlər...

Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...

CNN: Kreml Putinin təhlükəsizliyini gücləndirir...

...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...

Moskvanın mərkəzi “ölüb”..?

Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...

Moskvada ajiotaj: Rusiyanın paytaxtı parada hazırlaşır...

Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...

Belarus üçün dörd ssenari: Lukaşenko müharibəyə girəcəkmi?

Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...

Trampın xüsusi elçiləri Kiyevə səfər etməmək qərarına gəldilər...

Rusiya ilə sülh danışıqlarındakı çıxılmaz vəziyyətə görə...