Pakistan təhlükəsizlik qüvvələri son iki gün ərzində Bəlucistan əyalətində 70-dən çox terrorçunu öldürüblər.
SİA xəbər verir ki, bu barədə Bəlucistanın hökumət başçısının siyasi və media məsələləri üzrə köməkçisi Şahid Rind bildirib.
Onun sözlərinə görə, silahlılar Bəlucistanın bəzi bölgələrində hücumlar həyata keçirməyə cəhd göstəriblər, lakin qarşısı alınıb.
Pakistan "Dawn" nəşrinin məlumatına görə, Hindistanla əlaqəli "Fitna əl-Hindustan" qruplaşması Bəlucistan ərazisində 12 yerdə hücumlar həyata keçirib. Bu hücumlar nəticəsində Pakistanın güc strukturlarının 10 əməkdaşı ölüb.
"Dawn" güc strukturlarındakı mənbəyə istinadən bildirib ki, son 48 saat ərzində Bəlucistanda 88 terrorçu öldürülüb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...