Bu ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 946,7 milyon manat təşkil edib.
SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 9,1 % çoxdur.
Kredit qoyuluşunun 22 milyard 195,7 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 9,2 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 867,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 10 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,4 %-dən 24,6 %-ə yüksəlib.
Yanvarın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 883,7 milyon manat olub. Bu, illik müqayisədə 4 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6,2 %-dən 5,9 %-ə düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...