Bu gün Rumıniya, Moldova və Ukrayna enerji sistemləri arasında texnoloji nasazlıq baş verib, bu da ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
SİA xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat yayıb.
"Bu gün yerli vaxtla saat 10:42-də Rumıniya və Moldova enerjisistemləri arasında 400 kV-luq xəttin və Ukraynanın qərb və mərkəzi hissələri arasında 750 kV-luq xəttin eyni vaxtda sıradan çıxması ilə texnoloji nasazlıq baş verib", - D.Şmıqal bildirib.
Onun sözlərinə görə, enerji sistemində baş verən xəta Ukrayna elektrik enerjisi şəbəkəsində kəsintilərə və yarımstansiyalarda avtomatik qoruma sistemlərinin aktivləşməsinə səbəb olub.
Hazırda Kiyev şəhərində, Kiyev, Jitomir və Xarkov vilayətlərində qəza xarakterli xüsusi elektrik kəsintisi qrafikləri tətbiq edilib.
"Ukrenergo"nun enerji mütəxəssisləri elektrik enerjisi təchizatının bərpası üçün çalışırlar. Yaxın saatlarda işıq yanacaq", - D.Şmıqal qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib ki, artıq Baş nazir Yuliya Sviridenko və energetika naziri Denis Şmıqalın Ukraynanın enerji sistemindəki vəziyyətlə bağlı məruzələrini dinləyib.
Səbəblər açıqlanıb...
Siyasi dairələrdə gərginlik hökm sürür...
Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...
...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...
Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...
Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...
Polşa hadisələrin ehtimal olunan gedişatını proqnozlaşdırıb...
Yeni tutucu qurğular yerləşdiriləcək...
Rusiya ilə sülh danışıqlarındakı çıxılmaz vəziyyətə görə...