Türkiyənin Antalya vilayətində baş verən qəzada 8 nəfər ölüb. SİA xəbər verir ki, hadisə ilə bağlı bu barədə bölgəyə baxış keçirən Antalya valisi Hulusi Şahin açıqlama verib.
O bildirib ki, dünən axşam saatlarında Tekirdağdan yola çıxan sərnişin avtobusu bu gün yerli vaxtla saat 10:20 radələrində Antalyanın Döşemealtı rayonundakı Kömürlər yol ayrıcındakı döngədən uçuruma aşıb.
“Qəza nəticəsində təəssüf ki, 8 vətəndaşımız həyatını itirib, 26 yaralımız var. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılar tibb müəssisələrinə çatdırılıblar”, - deyə Şahin qeyd edib.
Qəza yerində xilasedici qrupların işləri davam edir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...