Serbiyanın Novi Sad şəhərində prokurorlar, hakimlər və vəkillər fevralın 2-də şəhər məhkəməsinin qarşısında toplaşaraq bu yaxınlarda qəbul edilmiş məhkəmə qanunlarına etiraz ediblər.
Asksiyaya Novi Sad məhkəmələrində çalışan bir sıra hakim və prokurorlar da qoşulub. Onlar məhkəmə binasından çıxaraq onun qarşısında toplaşan etirazçılarla həmrəylik nümayiş etdiriblər. Mitinqə həmçinin Novi Sad Universitetinin tələbələri də dəstək veriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Serbiya parlamenti məhkəmə sisteminə dair mübahisəli qanunlar paketini qəbul edib. Qəbul olunan dəyişikliklərin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğunun (MCMP) bəzi prokurorlarının bu qurumdan uzaqlaşdırılması yolu ilə onun fəaliyyətinə faktiki olaraq maneə yaradacağı bildirilir. Qanunlara əsasən, digər prokurorluq orqanlarında müvəqqəti ezamiyyətdə olan prokurorlar müəyyən olunmuş müddət ərzində ezam olunduqları əvvəlki prokurorluqlara qayıtmalı olacaqlar. Bu isə hazırda cəmi 9 prokuroru olan MCMP-nin işlərində müvəqqəti ezamiyyətdə çalışan 11 prokuroru itirməsi deməkdir.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...