PDF Oxu

Dünya

  • 3 188

Tramp Putinin Ukraynaya hücum etməməyə razılıq verdiyi ilə öyündü və...

...bir neçə saat sonra Kreml Ukraynanın enerji sektoruna zərbə endirdi

image

...ABŞ prezidenti Donald Tramp bir daha Rusiya lideri Vladimir Putinin Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmaq tələbini qəbul etdiyini öyünərək bildirib.

SİA xatırladır ki, o, bu açıqlamanı 2 fevralda Oval Ofisdə jurnalistlərə verdiyi açıqlamada bildirmişdi.

...Və bundan sonra Rusiya enerji obyektləri də daxil olmaqla, Ukraynaya daha bir kütləvi raket və pilotsuz təyyarə hücumu həyata keçirib.

...Prezident Putinə zəng etdim və o, razılaşdı. Dedi ki, onlarda da bizimki qədər soyuqdur. Bəlkə də daha soyuqdur. Ukrayna isə çox soyuq ölkədir. Bizdən daha soyuqdur. Bəlkə də Kanada kimi, hətta daha soyuqdur. Ondan bir həftə ərzində Kiyevə və ya başqa şəhərlərə raket atmayacağını soruşdum və o, razılaşdı, - deyə Tramp bildirib.

...ABŞ prezidenti həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq prosesi ilə bağlı "xoş xəbər" tezliklə gələ bilər..?

...Və yeri gəlmişkən,..öyünməklə deyil, 3 fevral gecəsi Rusiya ordusu Ukraynaya birləşmiş raket və pilotsuz təyyarə hücumu edib.

Şiddətli şaxtalara baxmayaraq Rusiya Ukraynanın bir neçə bölgəsində enerji sektorunu hədəfə alıb. Belə ki, Kiyev, Xarkov, Dnepr, Odessa, Vinnitsa, Zaporojye və Pavloqrad hədəfə alınanlar sırasındadır.

Əli Babayev

Digər xəbərlər

Rusiyanı dəstəkləyən MAGA bloqçusu fikirlərini qəfil dəyişərək...

...Ukraynaya gəlib. O, Simonyana cavab verib və bir çox müttəfiqlərini tənqid edib..

Peskovun kabus dolu yuxusu

Huşunu itirdi və itaətsiz bədəni qəbul otağının bahalı fars xalçalarının üzərinə çökdü...

Kremlin müttəfiqləri bir-bir üz döndərirlər...

Onlar Rusiyanın zəifliyini hiss edirlər...

Payıza qədər çox maraqlı nəticələr başlamalıdır

Müşahidəçilər bəzən bu amili az qiymətləndirirlər...

Yaza qədər proqnoz...

Rusiya iqtisadiyyatının çöküşünə qoyulan mərc özünü doğrultdu...

WSJ: Bu dənizkənarı şəhər Rusiyaya meydan oxudu...

Müharibəyə baxmayaraq, şəhər hələ də bir sıra çimərliklərə və kurort ərazilərinə malikdir.