Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunları start götürəcək. Xəbər verilir ki, mötəbər turnirin ilk günündə körlinq yarışları keçiriləcək. Birinci turda İsveç – Cənubi Koreya, Böyük Britaniya – Norveç, Kanada – Çexiya və Estoniya – İsveçrə görüşləri baş tutacaq. Oyunlar Bakı vaxtı ilə saat 22:05-də başlayacaq.
Qış Olimpiadasında Azərbaycan da təmsil olunacaq. Dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev nüfuzlu yarışda qüvvələrini sınayacaqlar.
Azərbaycan indiyədək Qış Olimpiya Oyunlarında medal qazanmayıb və müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində təşkil olunan olimpiadada təmsil olunub. O vaxtdan bəri ölkəmiz bütün Qış Olimpiya Oyunlarına qatılsa da, hələlik fəxri kürsüyə yüksələn idmançımız olmayıb. İndiyədək ən yüksək göstərici 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlarda qeydə alınıb. Fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.
Sonuncu dəfə 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycan 2 idmançı ilə təmsil olunub. Fiqurlu konkisürmə üzrə yarışlarda Vladimir Litvintsev 18-ci, Yekaterina Ryabova isə 15-ci pillədə qərarlaşıb.
Azərbaycan Qış Paralimpiya Oyunlarına ilk lisenziyanı isə 2022-ci ilin fevralında qazanıb. Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında Pekin Paralimpiadasında iştirak hüququ əldə etsə də, yarışın açılışına az qalmış məşq zamanı ağır zədə aldığı üçün rəsmi debüt baş tutmayıb.
Qeyd edək ki, “Milano–Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.
İnquşetiyadakı yanacaqdoldurma məntəqələri bağlanmağa və yanacaq kuponları tətbiq etməyə başlayıb...
1 iyuldan etibarən...
“Baltikyanı ölkələr Aİ-ni Rusiya neftinə qoyulan qadağanı sürətləndirməyə çağırdılar...
Avropa Rusiya ilə tarixi münasibətlərini yenidən nəzərdən keçirməlidir...
Moskva müharibənin ilk dadını yaşadı: Kreml paytaxtını qoruya bilmədi...
Qəfildən vəfat edən keçmiş Rusiyanın müdafiə naziri varis reytinqinə başçılıq edirdi...
Astana Azərbaycan, Türkmənistan və Çindən reaktiv yanacağın idxalı ilə bağlı danışıqlar aparır…
ABŞ müharibənin bitməsində "konstruktiv rol" oynamağa hazırdır...
O, geri çəkilməli oldu...