"British Airways" aviaşirkətinə məxsus "Airbus A350" təyyarəsi ABŞ-ın Las-Veqas şəhərində yerləşən Harry Reid Beynəlxalq Hava Limanından qalxış zamanı təkərlərindən birini itirib. Buna baxmayaraq, ekipaj uçuşu dayandırmayıb və təyyarə doqquz saatdan çox davam edən reysi problemsiz şəkildə başa vuraraq Londona eniş edib.
SİA xəbər verir ki, söhbət "British Airways"in BA274 reysini həyata keçirən "Airbus A350-1000" model təyyarəsindən gedir.
Hadisə yerli vaxtla səhər saat 05:00 radələrində baş verib. Təyyarə Las-Veqas hava limanının 26R uçuş-enmə zolağında hərəkətə başladıqdan təxminən 40 saniyə sonra eniş qurğusunda qığılcımlar görünüb. Qalxış mərhələsində arxa sağ tərəfdə yerləşən təkər qoparaq düşüb. Bu anlar "Flightradar24" platformasının canlı yayım görüntülərində də əks olunub. İnsident nəticəsində xəsarət alan olmayıb.
"La Dépêche" nəşrinin məlumatına əsasən, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) daha sonra təyyarənin Londona "tam təhlükəsiz şəkildə" eniş etdiyini təsdiqləyib. Las-Veqas hava limanı administrasiyası da insidenti təsdiqləyərək, hadisədən məlumatlı olduqlarını və düşən təkərin hava limanı ərazisində tapılaraq götürüldüyünü bildirib.
"British Airways" isə BBC-yə açıqlamasında istintaq çərçivəsində səlahiyyətli qurumlarla əməkdaşlıq etdiyini qeyd edib.
Hazırda bu hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalar aparılır.
Fon Holzhauzenin seçimi göstəricidir...
Həm Ukrayna, həm də Rusiya daha sürətli dronlar yaratmaq üçün yarışırlar
Daha az cazibədar bir qitə bu qədər düşmən cəlb etməzdi...
Qalanları Novorossiyskdə tələyə düşüblər...
Ukrayna domino effekti yaratdı…
Kremlin ağrısız qərarları üçün məkan həqiqətən də daralır...
Rusiya Bankı bir vaxtlar dünyanın ən böyük qızıl alıcılarından biri idi...
Conson bununla bağlı açıqlama verdi. Britaniya kəşfiyyatı ABŞ-ı Hörmüz boğazının blokada təhlükəsi barədə xəbərdar edə bilər.
12 milyard avroya...
BMT-dəki Nebenzia rusların kütləvi şəkildə ölkəyə qaçmasından əsəbiləşdi...