Vladimir Putin döyüş meydanında qazana bilmədiklərini danışıqlarda əldə etməyə çalışır..?
...ABŞ-ın Rusiya və Ukrayna arasında razılaşmanı sürətləndirmək cəhdləri təsadüfən münaqişənin yeni bir eskalasiyası üçün şərait yarada bilər.
SİA xəbər verir ki, bu barədə The Telegraph məlumat verib. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkovu 3-4 fevral tarixlərində Əbu-Dabidə keçirilməsi planlaşdırılan yeni danışıqlar raunduna göndərib.
Görüşlərin məqsədi Moskva və Kiyev arasında "istənilən razılaşmaya" nail olmaqdır.
Müzakirələr ərazi məsələsinə - Rusiya ordusunun təxminən dörd illik tammiqyaslı işğaldan sonra ələ keçirə bilmədiyi Donetsk bölgəsinin bir hissəsinin statusuna yönəlib.
Kremlin maraqları...
Nəşrin məlumatına görə, diktator Vladimir Putin döyüş meydanında qazana bilmədiyi şeyləri danışıqlarda əldə etməyə çalışır.
...Amma bu, Putin üçün hələ də kifayət deyil. O, təkcə indi sahib olduğu şeyləri qorumaqda deyil, həm də daha çox şey əldə etməkdə israr edir, - deyə nəşr yazır.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu ərazilərin Rusiyaya verilməsi yeni hərbi kampaniya üçün ilkin şərtlər yarada bilər.
Kremlin maraqları...
Nəşrin məlumatına görə, Vladimir Putin döyüş meydanında qazana bilmədiyi şeyləri danışıqlarda əldə etməyə çalışır. ...Amma bu, Putin üçün hələ də kifayət deyil. O, təkcə indi sahib olduğu şeyləri qorumaqda deyil, həm də daha çox şey əldə etməkdə israr edir, - deyə nəşr qeyd edir.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu ərazilərin Rusiyaya verilməsi yeni hərbi kampaniya üçün ilkin şərtlər yarada bilər.
Eyni zamanda, analitiklər hesab edirlər ki, Tramp və Vitkov Moskvanın uzunmüddətli məqsədlərini tam nəzərə almırlar.
Potensial ssenarilər...
Əgər Ukrayna tərəfi güzəştlərə razılaşarsa, bu, Rusiyaya müharibənin növbəti mərhələsinə hazırlaşmaq imkanı verəcək.
Digər variant - ərazi üzərində nəzarəti qorumaq - Moskvanın ambisiyalarını cilovlamaq və təkrar hücumun qarşısını almaq üçün Kremlə silah təchizatı və iqtisadi sanksiyalar da daxil olmaqla təzyiq tələb edəcək.
Əli Babayev
İnquşetiyadakı yanacaqdoldurma məntəqələri bağlanmağa və yanacaq kuponları tətbiq etməyə başlayıb...
1 iyuldan etibarən...
“Baltikyanı ölkələr Aİ-ni Rusiya neftinə qoyulan qadağanı sürətləndirməyə çağırdılar...
Avropa Rusiya ilə tarixi münasibətlərini yenidən nəzərdən keçirməlidir...
Moskva müharibənin ilk dadını yaşadı: Kreml paytaxtını qoruya bilmədi...
Qəfildən vəfat edən keçmiş Rusiyanın müdafiə naziri varis reytinqinə başçılıq edirdi...
Astana Azərbaycan, Türkmənistan və Çindən reaktiv yanacağın idxalı ilə bağlı danışıqlar aparır…
ABŞ müharibənin bitməsində "konstruktiv rol" oynamağa hazırdır...
O, geri çəkilməli oldu...