Kreml hansı məlumatları əldə edə bilər?
...Rusiya kosmik gəmisi ən azı on əsas Avropa peykindən gələn rabitəni ələ keçirmiş ola bilər ki, bu da qitədəki məxfi məlumatları təhlükə altına qoyur.
SİA xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa təhlükəsizlik rəsmiləri iki Rusiyasss kosmik gəmisinin bir neçə peykə müdaxilə etdiyinə şübhə etmirlər.
Bu, əməliyyat pozuntularına və ya hətta onların vurulmasına səbəb ola bilər. Bundan əlavə, bu peyklər tərəfindən ötürülən məxfi məlumatlar, o cümlədən məxfi hökumət və bəzi hərbi rabitə vasitələri risk altındadır.
Bir neçə ildir ki, Avropa hərbi və mülki kosmik orqanları orbitdə dəfələrlə şübhəli manevrlər edən iki Rusiya obyekti- Luç-1 və Luç-2-nin fəaliyyətini izləyir.
2023-cü ildə buraxıldığı gündən bəri Luç-2 17 Avropa peykinə yaxınlaşıb.
Rusiyanın kosmosda topladığı kəşfiyyat məlumatları Moskvaya Avropa ölkələrinə, xüsusən də haker əməliyyatları üçün hibrid hücumları əlaqələndirməyə kömək edə bilər.
Əli Babayev
…Və ruslar onları Ukraynaya qarşı döyüşlərə göndərirlər…
Hibrid müharibəyə qarşı cavab müdafiədən kənara çıxmalıdır…
Qalan hər şey ya axmaqlıq, ya da demaqogiyadır...
Fransa qüvvələri keyfiyyətcə yeni səviyyəyə çatdı...
Amerikalı general Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrini dəstəkləyib... Ukrayna Silahlı Qüvvələri düzgün hücum edir...