İran növbəti dəfə İsrailə qarşı sərt bəyanat səsləndirib. SİA xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində İsrailə qarşı hərbi və ticarət sanksiyalarının tətbiq edilməsinin zəruri olduğunu bildirib.
SİTAT: "İsrailə göstərilən siyasi və hüquqi himayə beynəlxalq hüququn əsas prinsiplərini zəiflədir və təhlükəli presedent yaradır. Beynəlxalq institutların səssizliyi humanitar hüququn normalarının faktiki olaraq görməməzliyə vurulmasına gətirib çıxarır."
O, İsrailin "ekspansionist" siyasətinin Yaxın Şərqdə sabitliyə ciddi zərbə vurduğunu, bölgədə gərginliyi daha da artırdığını qeyd edib.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...