PDF Oxu

Dünya

  • 2 900

Rusiya hökuməti qaranlıq bir proqnoz verib...

Ruslara iqtisadi vəziyyətin daha da pisləşməsinə hazırlaşmaq tövsiyə olunub...

image

...Rusiya iqtisadiyyatı 2026-cı ildə də yavaşlamağa davam edəcək, İqtisadi İnkişaf naziri Maksim Reşetnikov ötən gün Dövlət Dumasının komitə iclasında xəbərdarlıq edib.

Onun sözlərinə görə, ölkənin artım tempinin kəskin azalması "inflyasiyanın azaldılması üçün ödəniləcək təbii qiymətdir" və iqtisadiyyatı canlandırmaq üçün hansı qərarlar qəbul edilməsindən asılı olmayaraq, onların təsiri altı aydan doqquz aya qədər, bəzən isə daha uzun çəkəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Reşetnikov xəbərdarlıq edib ki, "artım templərində bərpa ən yaxşı halda 2026-cı ilin sonuna qədər...lakin çox güman ki, 2027-ci ildə baş verəcək". O, həmçinin əlavə edib ki, iqtisadiyyatda 2020-ci ildən bəri ilk dəfə investisiyaların azalması müşahidə olunacaq (İnterfaks tərəfindən sitat gətirilib).

Rosstat-ın məlumatına görə, ötən il Rusiyanın ÜDM-i cəmi 1faiz artıb ki, bu da əvvəlki ilin göstəricisindən təxminən beş dəfə aşağıdır: əvvəlcə 4,3 faiz idi, lakin yenidən hesablamadan sonra 4,9 faizə yüksəlib.

Sənaye artımı demək olar ki, dayanıb - illik müqayisədə 1,3 faiz və Rosstat tərəfindən izlənilən 28 sənaye sahəsindən 21-i mənfi vəziyyətdədir.

Avtomobil sənayesi enişdə liderlik edərək məhsulunun dörddə birini itirib; metallurgiya zavodları istehsalı 2,1 faiz, geyim və ayaqqabı fabrikləri isə 3,5 faiz, qida istehsalı 15 ildə ilk dəfə olaraq 0,5 faiz azalıb.

Hökumət bu il ÜDM-in 1,3 faiz artımını proqnozlaşdırır, lakin bu nikbinliyi az adam bölüşür.

BVF Rusiya iqtisadiyyatının cəmi 0,8 faiz artacağını gözləyir - bu, qlobal orta göstəricidən (3,3 faiz) dörd dəfə azdır.

..."The Washington Post" qəzetinin məlumatına görə, maliyyə rəsmiləri Kremlə iqtisadiyyatın bu yay tammiqyaslı böhrana sürüklənə biləcəyi barədə gizli xəbərdarlıq ediblər.

Nəşrin mənbəyinə görə, rəsmilər hesab edirlər ki, vergi artımları olmadan neft və qaz gəlirlərinin azalması səbəbindən büdcə kəsiri artmağa davam edəcək, bank sistemi isə qismən müharibəni maliyyələşdirmək üçün verilən kreditlər üzrə defoltların təzyiqi ilə mübarizə apara bilməyəcək.

Rusiya Mərkəzi Bankının statistikasına görə, bank portfellərindəki bütün kreditlərin 11 faizi artıq problemli hala gəlib.

Büdcə yardımı tələb edən şirkətlərin növbəsi isə artmaqda davam edir.

...Ötən ilin sonunda 16 ilin ən böyük yük daşınması ilə üzləşən Rusiya Dəmir Yolları hökumətdən 200 milyard rubl istəyib.

...Yeni ildə ölkənin ən böyük tikinti şirkəti olan "Samolet" da 50 milyard rubl yardım istəyib.

...Sanksiyalar və iqtisadi yavaşlama səbəbindən mənfəət itkisi yaşayan metallurgiya şirkətləri də 10 milyard rubl istəyirlər. Lakin, artan büdcə problemləri nəzərə alınmaqla, dövlətin hər kəsə kömək edə biləcəyi ehtimalı azdır,- deyə "Astra Asset Management" şirkətinin investisiya direktoru Dmitri Polevoy qeyd edir.

O hesab edir ki, hakimiyyət prioritet sektorlar üçün güzəştli kreditlər verə bilər, lakin bu, bank sistemi üçün riskləri daha da artıracaq.

Əli Babayev

Digər xəbərlər

İran Rusiya üçün həyəcan siqnalıdır...

Kreml 4 iyula qədər vaxta malikdir…

“Ukrayna və ABŞ ortaq düşmənlərlə mübarizə aparır”..?

ABŞ ordusu getdikcə İran dronlarını vurur və Ukrayna ordusu artıq bu tip işlərlə yaxşı tanışdır...

“Biz burada danışarkən, İran gəmisi orada yanır...”

Amerikalı admiral ABŞ Hərbi Dəniz Qüvvələrinin İran donanmasını məhv etməkdəki uğurundan danışıb...

Tramp Putini çətin vəziyyətə salıb..?

ABŞ Moskvanın köhnə müttəfiqini aradan qaldırdı...

İranla müharibədə Ukrayna üçün iki əsas ssenari mövcuddur...

Hadisələr necə davam edəcək? Amma dünya tarixində heç vaxt quru əməliyyatı olmadan rejim dəyişikliyinə nail olunmayıb...

Antarktida səma təbilini çalır...

Rekord qıran cazibə dalğaları planetdə iqlim xaosunu yaratmaqla hədələyir...

İspaniya ABŞ-ın təhdidlərinə baxmayaraq onun vassalı olmaq istəmir..?

Madrid ABŞ-ın İrana qarşı əməliyyatın bir hissəsi olaraq öz bazalarından istifadə etməsinə icazə verməkdən imtina etməyə davam edir...