PDF Oxu

Dünya

  • 3 248

Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib

image

Rusiya fevralın 14-ə kecən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və müxtəlif istiqamətlər üzrə 112 zərbə dronu ilə hücum edib. Bu barədə SİA Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.

Hərbçilərin məlumatına görə, hücum fevralın 13-ü saat 18:30-dan fevralın 14-ü səhərədək Rusiya tərəfindən həyata keçirilib.

Qeyd olunur ki, buraxılan dronların təxminən 70-i "Şahed"lərdir.

"Hava hücumu aviasiya, zenit-raket qoşunları, Radioelektron Mübarizə (REM) və pilotsuz sistemlər bölmələri, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib", - məlumatda deyilir.

İlkin məlumatlara görə, şənbə günü saat 08:30-a olan vəziyyətə əsasən, hava hücumundan müdafiə vasitələri ilə "Shahed", "Gerbera", "İtalmas" və digər tipli 91 Rusiyaya məxsus dronu zərərsizləşdirilib.

Digər xəbərlər

Yanacaq böhranı Rusiya Federasiyasının daha bir bölgəsinə də çatıb

İnquşetiyadakı yanacaqdoldurma məntəqələri bağlanmağa və yanacaq kuponları tətbiq etməyə başlayıb...

“The Financial Times” qəzeti təfərrüatları öyrənib...

“Baltikyanı ölkələr Aİ-ni Rusiya neftinə qoyulan qadağanı sürətləndirməyə çağırdılar...

“Finlandiyalaşma” və neytrallığın sonu...

Avropa Rusiya ilə tarixi münasibətlərini yenidən nəzərdən keçirməlidir...

“Göz yaşlarım çay kimi axdı, ayaqlarım boşaldı...”

Moskva müharibənin ilk dadını yaşadı: Kreml paytaxtını qoruya bilmədi...

“İvanov Putini boğardı..?”

Qəfildən vəfat edən keçmiş Rusiyanın müdafiə naziri varis reytinqinə başçılıq edirdi...

Qazaxıstan Rusiyaya əvəzedici axtarır..?

Astana Azərbaycan, Türkmənistan və Çindən reaktiv yanacağın idxalı ilə bağlı danışıqlar aparır…

“Alyaskada Tramp və Putin arasında heç bir razılaşma olmayıb”

ABŞ müharibənin bitməsində "konstruktiv rol" oynamağa hazırdır...