PDF Oxu

Dünya

  • 2 411

Dünyanın ən gözəl qadını sirli bir xəstəliyə məruz qalıb...

image

...2025-ci ilin "Kainat gözəli" Fatima Boş (...adının Fatima olmasına baxmayın, müsəlman deyil, valideynləri də meksikalıdırlar - A.B.) Ekvadorda keçirilən festival zamanı xəstələnib.

SİA-nın məlumatına görə, "Need To Know" hadisənin videosunu yayımlayıb.

Hadisə 15 fevralda Tungurahua əyalətinin dağlıq Ambato şəhərində keçirilən ənənəvi çiçək və meyvə festivalında minlərlə qonağın qarşısında baş verib.

Belə ki, dünyanın ən gözəl qadını çiçək mövzulu qayıqda gəzib tamaşaçıları salamlayarkən xəstələnib.

...Boşun ayaqları qəfildən boşalıb, o, dekorativ podium dəstəyini tutmağa çalışsa da, amma dizləri üstə yıxılıb.

Onun işçilərindən biri dərhal gözəllik kraliçasının yanına qaçıb əlindən tutub.

Videoda "Kainat gözəli"nin huşunu itirdiyi, lakin ayağa qalxa bilmədiyi görünür.

"Need To Know"a görə, Boşun hündürlük xəstəliyindən əziyyət çəkmiş ola biləcəyi ehtimal olunur, çünki Ambato dəniz səviyyəsindən 2577 metr yüksəklikdə yerləşir.

"Kainat gözəli" titulunun sahibinin nümayəndələri hadisə ilə bağlı şərh verməyiblər, lakin məlumdur ki, o, xəstəxana müayinəsi səbəbindən 16 fevralda keçirilən festivalda iştirak etməyib.

Xatırldaq ki, 21 noyabr 2025-ci ildə Fatima Boş "Kainat gözəli" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Tayland təmsilçisi birinci vitse-miss, dördüncü və beşinci yerləri Venesuela, Filippin və Kot-d'İvuardan olan iştirakçılar qazanıblar.

Nazlı Almuradova

Digər xəbərlər

“The Financial Times” qəzeti təfərrüatları öyrənib...

“Baltikyanı ölkələr Aİ-ni Rusiya neftinə qoyulan qadağanı sürətləndirməyə çağırdılar...

“Finlandiyalaşma” və neytrallığın sonu...

Avropa Rusiya ilə tarixi münasibətlərini yenidən nəzərdən keçirməlidir...

“Göz yaşlarım çay kimi axdı, ayaqlarım boşaldı...”

Moskva müharibənin ilk dadını yaşadı: Kreml paytaxtını qoruya bilmədi...

“İvanov Putini boğardı..?”

Qəfildən vəfat edən keçmiş Rusiyanın müdafiə naziri varis reytinqinə başçılıq edirdi...

Qazaxıstan Rusiyaya əvəzedici axtarır..?

Astana Azərbaycan, Türkmənistan və Çindən reaktiv yanacağın idxalı ilə bağlı danışıqlar aparır…

“Alyaskada Tramp və Putin arasında heç bir razılaşma olmayıb”

ABŞ müharibənin bitməsində "konstruktiv rol" oynamağa hazırdır...

Putinin hakimiyyətinə zərbə...

Kiyev təxminən min drondan istifadə etdi...

Kimin ağlına gələrdi ki, vəziyyət bu həddə gəlib çıxacaq?

Putin və Peskov Kremlə ulaq üzərində işləməyə gedirlər, benzin yoxdur axı...

Rusiyadan Krıma gələn qatarların sayı azaldılır...

Silahlı Qüvvələrin blokadası davam edir...

Dəlilik salnamələri..?

Putin üçün bu, siyasi bir fəlakətdir...