Hazırda Pentaqon və digər qurumlar üçün əmr hazırlanır..?
...ABŞ prezidenti Donald Tramp Pentaqona və digər qurumlara "yerüstü həyat" və naməlum uçan obyektlər (UFO) haqqında hökumət sənədlərini açıqlamağı tapşırmaq niyyətində olduğunu etifaf edib.
...Müdafiə nazirinə və müvafiq departamentlərə, qurumlara yerüstü həyat, naməlum hava hadisələri (UAP) eləcə də naməlum uçan obyektlər (UFO) ilə əlaqəli hökumət sənədlərini açıqlamaq prosesinə başlamağı tapşıracağam.
Bunları sosial media hesabı Truth Social-da yazan Tramp,
bunun olduqca mürəkkəb, lakin olduqca maraqlı və vacib olduğunu da gizlətməyib.
...Daha əvvəl Tramp keçmiş ABŞ prezidenti Barak Obamanı Brayan Tayler Koenin podkastında yadplanetlilərin mövcud olduğunu deyərkən "məxfi məlumatları açıqlamaqda" günahlandırmışdı.
...Onlar realdırlar, amma mən onları görməmişəm və onlar 51-ci Zonada (bəzilərinin yadplanetli cəsədlərinin və qəzaya uğramış kosmik gəminin qalıqlarının saxlanıldığına inandığı Nevada ştatındakı məxfi ABŞ Hərbi Hava Qüvvələri obyekti-A.B.) saxlanılmır. Böyük bir sui-qəsd olmadığı və bunu ABŞ prezidentindən gizlətmədikləri təqdirdə yeraltı obyektlər yoxdur.
Xatırlayırsınızsa, bunu bir müddət əvvəl sabiq prezident Obama bildirmişdi.
Podkast yayımlandıqdan sonra keçmiş prezident yadplanetlilər haqqında sualı cavablandırarkən yalnız yerüstü həyatın statistik ehtimalına istinad etdiyini açıqlamışdı. ...Aparıcının tez bir zamanda verdiyi suallara uyğun olaraq tez cavab verməyə çalışdım.
Bunu da Obama demişdi.
O, həmçinin prezidentliyi dövründə yadplanetlilərin insanlarla təmasda olduğuna dair heç bir dəlil aşkar etmədiyini bildirmişdi.
Trampın özündən də yadplanetlilərin olub-olmadığını soruşduqda, o, "onların mövcud olub-olmadığını bilmirəm" deyib.
2024-cü ildə Pentaqon, İkinci Dünya Müharibəsinin sonundan bəri hərbi nazirliyin yadplanetlilərin Yer kürəsinə səfəri və ya planetə qəza enişi ilə bağlı heç bir dəlil tapmadığını bildirən bir hesabat hazırladı.
Bundan əlavə, hərbi nazirlik vurğuladı ki, bütün məlum UFO müşahidələri adi obyektlərin və hadisələrin səhv şərh edilməsi idi.
Əli Babayev
Qəfildən vəfat edən keçmiş Rusiyanın müdafiə naziri varis reytinqinə başçılıq edirdi...
Astana Azərbaycan, Türkmənistan və Çindən reaktiv yanacağın idxalı ilə bağlı danışıqlar aparır…
ABŞ müharibənin bitməsində "konstruktiv rol" oynamağa hazırdır...
O, geri çəkilməli oldu...
Kiyev təxminən min drondan istifadə etdi...
Putin və Peskov Kremlə ulaq üzərində işləməyə gedirlər, benzin yoxdur axı...
Silahlı Qüvvələrin blokadası davam edir...
Putin üçün bu, siyasi bir fəlakətdir...
Ruslar üçün xatırlayacaqları bir yay başladı...
Rus piyada əsgərinin orta ömrü 2-3 aydır...