ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın qlobal tariflərini ləğv etdikdən sonra Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) transatlantik ticarət sazişinin bir hissəsini icra edən qanun layihəsi üzrə səsverməni təxirə salmalıdır.
Bu barədə AP-nin Ticarət komitəsinin sədri Bernd Lanqe "Politico" nəşrinə müsahibəsində bildirib.
"Amerika administrasiyası tərəfindən tam tarif xaosu hökm sürür. Ternberri sazişinin şərtləri və onun qurulduğu hüquqi baza dəyişib. Ona görə də sabahkı əlavə iclasımızda Avropa Parlamentinin danışıqlar qrupuna təklif edəcəyəm ki, biz müvafiq hüquqi qiymətləndirmə və ABŞ-dən aydın öhdəliklər alana qədər qanunvericilik işini dayandıraq", - o qeyd edib.
Mətləb
ABŞ AB-ni Rusiyanı “şeytanlaşdırmaqda” günahlandırıb..?
Başlatma meydançasının bərpası aylar çəkə bilər...
Qəribə şeylər baş verir...
Ruslar getdikcə köhnə sovet haubitsalarını cəbhəyə göndərməyə məcbur olurlar...
Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb...
Paşinyan Kremlə siqnal göndərdi...