PDF Oxu

Dünya

  • 1 827

Rusiyanın Kiyevi ələ keçirmək planını kimin pozduğu açıqlanıb...

Qərb kəşfiyyat orqanları Kremlin planları haqqında əvvəlcədən Ukraynaya məlumat ötürürdülər....

image

...Hətta 24 fevral 2022-ci ildən əvvəl də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və onun o vaxtkı rəhbəri Kirill Budanov tammiqyaslı Rusiya işğalına hazırlaşırmışlar.

SİA-nın məlumatına görə, bu barədə Britaniyanın "The Guardian" nəşri bildirib və orada Qərb kəşfiyyat orqanlarının Kremlin planları barədə Ukraynaya əvvəlcədən məlumat verməsi ətraflı şəkildə təsvir olunub.

...2021-ci ilin sonu və 2022-ci ilin əvvəllərində ABŞ və Böyük Britaniya mümkün Rusiya hücumu haqqında ətraflı məlumata malik idilər. Bu məlumat Ukraynaya rəsmi və kəşfiyyat kanalları vasitəsilə ötürülüb.

Tammiqyaslı Rusiya işğalı ilə bağlı ümumi şübhələrə baxmayaraq, Ukrayna kəşfiyyatı sərhəddə artan hərbi fəaliyyət qeydə alıb.

Rusiya kəşfiyyatı ölkədə gizli və təxribat əməliyyatlarını gücləndirərək həm yüksək vəzifəli məmurlar, həm də dövlət aparatının aşağı eşelonları ilə əlaqə qurmağa çalışıb.

Bu şəraitdə Baş Kəşfiyyat İdarəsi qeyri-ictimai fövqəladə planlaşdırma aparıb - mümkün böyük hücuma hazırlaşıb.

...Böyük zabitlərdən ibarət kiçik bir qrup səssizcə müxtəlif eskalasiya ssenarilərini planlaşdırmağa başlayıb.

"The Guardian" qeyd edir bunu...

Ukrayna kəşfiyyatı təlimlər adı altında logistika və təhlükəsizlik tədbirləri təşkil edirdi.

Qostomeldəki hava limanı Rusiyanın planlarında əsas hədəf hesab olunurdu və Kreml bu yolla Kiyevi tez bir zamanda ələ keçirməyə ümid edirdi.

Lakin Qostomel, Moşun və İrpin uğrunda gedən şiddətli döyüşlər bu ssenarini pozdu.

Məqalədə vurğulanır ki, Ukrayna təhlükəsizlik xidmətləri yüksək qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərsə də, onların hərəkətləri ən pis işğal ssenarisinin reallaşmasının qarşısını almağa kömək edib

Əli Babayev

Digər xəbərlər

Trampın xüsusi elçiləri Kiyevə səfər etməmək qərarına gəldilər...

Rusiya ilə sülh danışıqlarındakı çıxılmaz vəziyyətə görə...

“Rusiya Çinin vassalına çevrilib...”

Kremlin Çin vasitəsilə texnologiya idxalından asılılığı 90 faizə çatıb...

Rusiya hamilə qadınlar üçün nağd müavinətləri artırır...

İndi də “nişangahda” tələbə qız və aspirantlardır..?

Zelenskiy müasir Çörçilldir...

O, azad dünyanın lideridir...

BBC: Başqırdıstan və Tatarıstan da qaynayır...

Müharibə zamanı bu bölgələrdəki rekord itkilərə görə və təbii ki, Kreml də bunu artıq başa düşür...

Axios: İranın neft gəlirləri kəskin şəkildə azalıb...

ABŞ-ın Oman körfəzindəki blokadası Tehrana görünməmiş təzyiq göstərib...

Foreign Affairs: Çin nə planlaşdırır?

Vaşinqton Tayvanla bağlı səhv ssenariyə hazırlaşır...