Hazırkı baş nazirin əsas rəqibi “sarkaç diplomatiyası” dövrünü bitirəcəyinə söz verir…
...Əgər müxalifət 12 aprel seçkilərində Macarıstanın Baş naziri Viktor Orbanı vəzifəsindən uzaqlaşdıra bilsə, Budapeştin Brüssel ilə münasibətləri, çox güman ki, yaxşılaşacaq – amma tam yox…bir balaca?..
Baş nazirin əsas rəqibi Peter Madyar beynəlxalq əlaqələri fəal şəkildə inkişaf etdirir və Macarıstanın "sarkaç diplomatiyası" dövrünə son qoyacağına söz verir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CEPA yazır.
Madyar Münhen Təhlükəsizlik Konfransında Avropa liderləri ilə görüşərkən, Orban Budapeştdə ABŞ Dövlət Katibi Marko Rubionu qəbul etdi.
Qeyd edək ki, hər iki siyasətçi ölkəyə əsas müttəfiqlərin dəstəyini təmin edə biləcək siyasətçilər olduqlarını iddia edirlər, lakin onların xarici siyasət yanaşmaları kəskin şəkildə fərqlənir.
...Madyar, müntəzəm olaraq AB liderləri ilə toqquşmalara girən, ABŞ Prezidenti Donald Tramp və Putinlə əlaqələrini qoruyan Orbandan fərqli olaraq, Avro-Atlantik strukturları daxilində etimadı bərpa etməyi, Polşa ilə əməkdaşlıq qurmağı və Brüsselə qarşı şantajdan imtina etməyi müdafiə edir.
Lakin bir sıra əsas məsələlərdə - Ukrayna, miqrasiya, kənd təsərrüfatı və yeddi illik AB büdcəsində - Madyarın mövqeləri Orbanın mövqelərinə yaxındır.
Müxalifət lideri üçün əsas sınaq təxminən 18 milyard avroluq Avropa fondlarının dondurulmasının aradan qaldırılmasıdır. Vəsaitləri almaq üçün Macarıstan məhkəmə islahatı, korrupsiyaya qarşı mübarizə və dövlət satınalmaları ilə bağlı onlarla şərti yerinə yetirməlidir.
İndiyə qədər 27 tələbdən yalnız dördü yerinə yetirilib. Bu arada, ölkə artıq 1 milyard avro itirib və daha 10 milyard avro itirmək riski ilə üzləşib.
Brüsseldə dəstəyini itirən Orban Trampa ümid edir. Payızda o, siyasi dividendlər axtararaq ABŞ-a səfər etdi və müttəfiqliyi gücləndirmək, eləcə də maliyyə zəmanətləri əldə etmək ümidi ilə,..amma Trampın özü isə bunu sonradan təkzib etdi.
Bu arada, Vaşinqton sadəcə ikitərəfli münasibətlərdə "yeni qızıl dövr"ə hazır olduğunu bəyan edib - hər iki liderin hakimiyyətdə qalması şərtilə...
Seçkilər gərgin keçərsə və qanun pozuntuları ilə bağlı iddialar ortaya çıxarsa, müşahidəçilər Orbanın Trampın siyasi müdafiəsinə güvənə biləcəyinə inanırlar.
Lakin onun bu himayəni alıb-almayacağı hələlik məlum deyil.
Əli Babayev
Ehtiyat hissələri ilə bağlı problemlərə görə...
Alimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları 2 milyard rubl oğurlayan fırıldaqçılara qarşı birləşiblər...
Hazırkı baş nazirin əsas rəqibi “sarkaç diplomatiyası” dövrünü bitirəcəyinə söz verir…
Deyirəm bəlkə araq içənlərin başı müharibəyə “qarışıb”?..
Politoloq müharibənin ildönümündə Rusiyanın əsas səhv hesablamalarını müəyyən edib...
Analitiklər 23 fevral bəyanatlarının arxasındakı səbəbi izah etdilər...
Zelenski Ukrayna xalqına müraciət etdi...
Sky News detalları açıqlayıb...
Lakin bunun dəqiq nə vaxt baş verəcəyi məlum deyil...