Ukraynalı qaçqınlara daha bir Avropa ölkəsindən bəd xəbər gəlib. Belə ki, Norveç ukraynalı qaçqınları qəbul etmək qaydalarını sərtləşdirəcək və 18-60 yaş arası kişilər üçün müvəqqəti qoruma proqramına son qoyacaq. Bu barədə Norveçin ədliyyə naziri Astri Aas-Hansen bildirib.
Nazir deyib ki, bu qərar sərhədlər yenidən açıldıqdan sonra ölkəyə gələn gənc ukraynalıların sayının artması ilə bağlıdır. Onun sözlərinə görə, onların çoxu 18-22 yaş arasındadır. Vəziyyəti həll etmək üçün hökumət 18-60 yaş arası kişilərin qəbulunu məhdudlaşdırmağı, onlara mövcud müvəqqəti kollektiv qoruma proqramı çərçivəsində deyil, yalnız ümumi əsasda qoruma təmin etməyi planlaşdırır. Əmək və inteqrasiya naziri Kyersti Stensenq qeyd edib ki, son illərdə Norveç bələdiyyələri Ukraynadan təxminən 100.000 qaçqını qəbul edib. Lakin onların bir çoxu hazırda mənzil çatışmazlığı və yerli xidmətlərin həddindən artıq yüklənməsi ilə üzləşir.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...