Rusiya Xarici İşlər Nazirliyi (XİN) Finlandiyanın səfiri Marya Liivalanı çağırıb, ona ölkənin Helsinkidəki səfirliyinin binası qarşısında Rusiya bayrağının yandırılması ilə əlaqədar etiraz bildirilib. SİA xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb. SİTAT: "Fevralın 24-də Rusiyanın Finlandiyadakı səfirliyi qarşısında naməlum şəxslər tərəfindən Rusiya Federasiyasının Dövlət bayrağının yandırıldığı təxribat xarakterli aksiya ilə əlaqədar qəti etiraz bildirilib", - məlumatda qeyd olunub.
XİN-də vurğulanıb ki, Moskva baş verənləri "ağlasığmaz və təhqiramiz vandalizm aktı" kimi qiymətləndirir.
"Finlandiya tərəfinə cinayətkarların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması, eləcə də gələcəkdə Rusiya Federasiyasının səfirliyinə qarşı bu cür ekstremist hərəkətlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi barədə tələb çatdırılıb", - XİN-in mətbuat xidmətindən bildirilib.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...