ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın təxminən dörd həftə və ya daha az davam edə biləcəyini açıqlayıb. Ötən gün Britaniyanın Daily Mail qəzetinə verdiyi müsahibədə Tramp əməliyyatın çətinliyinə baxmayaraq, prosesin təxminən bir ay davam etməsi planlaşdırıldığını bildirdi. Floridadakı Mar-a-Lago malikanəsində olan Trampın daha sonra Vaşinqtona qayıtması gözlənilir.
New York Times qəzetinə verdiyi müsahibədə isə Tramp İran xalqına əvvəlki "rejim dəyişikliyi" çağırışlarına baxmayaraq təhlükəsizlik zəmanəti verməkdən yayındı. "Hazırda hər hansı bir zəmanət vermək üçün hələ tezdir" deyərək ABŞ prezidenti əməliyyatın başa çatacağının gözlənildiyini vurğuladı.
Tramp İranın gələcək rəhbərliyi üçün üç adı nəzərdən keçirdiyini açıqlayıb, lakin onların adını çəkməyib: "Əvvəlcə işi bitirməliyik" deyən Tramp bu şəxslərin kim olduğuna dair heç bir məlumat paylaşmır. Bu açıqlama Vaşinqtonun Tehranda rejim dəyişikliyini hədəflədiyi iddialarını gücləndirdi.
Əməliyyatın bir hissəsi olaraq, İranın qərbindəki Əhvaz şəhəri və paytaxt Tehranın mərkəzi hədəfə alındı. TASS-ın məlumatına görə, ABŞ və İsrail qüvvələri Əhvaza hücum edib, İsrail Hərbi Hava Qüvvələri isə Tehranın mərkəzində müxtəlif hədəflərə zərbələr endirdi. İran paytaxtında hava hücumu siqnalları çalındı və partlayışlar səbəbindən dağıntılar bildirilir.
Bu arada Kipr adasındakı Britaniya Akrotiri Hava Bazasında güclü partlayış baş verib. Partlayışdan sonra sirenlər çalındı və bazaya məxsus qırıcı təyyarələrin havaya qalxdığı müşahidə edilib. Böyük Britaniyanın Baş naziri Keir Starmer əvvəllər video mesajında Londonun ABŞ-a İran raket anbarlarına hücumlar üçün hərbi bazalarından istifadə etməyə icazə verdiyini təsdiqləmişdi.
ABŞ və İsrail tərəfindən ötən həftə başlayan birgə əməliyyat İran lideri Ayətullah Əli Xameneinin öldürülməsi ilə yeni bir dövrün cığırını açdı. İran hökuməti qisas alacağını açıqlasa da, bölgədəki ABŞ bazalarına raket hücumları davam edir. Trampın "bir ay çəkəcək"deyə elan etdiyi əməliyyatın müddəti ərazidəki vəziyyətdən asılı olaraq dəyişə bilər. Ekspertlər bildirirlər ki, İranın coğrafi ölçüsü və hərbi imkanları nəzərə alınmaqla, əməliyyat daha uzun müddət davam edə bilər.
Lalə Mehralı
O, geri çəkilməli oldu...
Kiyev təxminən min drondan istifadə etdi...
Putin və Peskov Kremlə ulaq üzərində işləməyə gedirlər, benzin yoxdur axı...
Silahlı Qüvvələrin blokadası davam edir...
Putin üçün bu, siyasi bir fəlakətdir...
Ruslar üçün xatırlayacaqları bir yay başladı...
Rus piyada əsgərinin orta ömrü 2-3 aydır...
Beynəlxalq səhnədəki vəziyyət Kiyevin xeyrinə işləyir...
Rus qadının Vladimir Vladimiroviçə sərt mesajı