Madrid ABŞ-ın İrana qarşı əməliyyatın bir hissəsi olaraq öz bazalarından istifadə etməsinə icazə verməkdən imtina etməyə davam edir...
...İspaniyanın vassal olmaq niyyəti yoxdur, özünü təhdid altına almağa imkan verməyəcək və öz dəyərlərini müdafiə edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu baş nazirin müavini Mariya Xesus Montero bildirib.
Qeyd edək ki, Vaşinqton İrana qarşı əməliyyat çərçivəsində İspaniya hərbi bazalarından istifadə etmək istəyir.
Və İspaniya hökumətinin buna etiraz edəcəyi təqdirdə, ABŞ Madridlə ticarəti kəsməklə təhdid edir.
...Bizim vassal olmaq niyyətimiz yoxdur və özümüzü təhdid altına almağa imkan verməyəcəyik.
Bunu Montero deyib O, İspaniya hökumətinin ABŞ-ın Rota və Moron bazalarından (...hər ikisi ölkənin cənubunda yerləşir – A.B.) İrana qarşı əməliyyat çərçivəsində istifadəsinə icazə verməyə davam etdiyini təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançes də ABŞ və İsrailin İrana qarşı "birtərəfli hərəkətlərini" pisləyib.
O, bunun "daha düşmən və qeyri-müəyyən beynəlxalq nizama" töhfə verdiyini bildirib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...