Elon Maskın süni intellektinə şok ittiham! Grok-a cinsi istismar iddiası ilə məhkəmə işi açılıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da texnologiya dünyasını sarsıdan bir məhkəmə işi gündəmdədir. Elon Maskın sahibi olduğu xAI tərəfindən hazırlanan Grok, cinsi istismar və deepfake məzmun istehsalı iddiaları ilə məhkəməyə verilib.
Amerika Birləşmiş Ştatlarında açılan iddiaya görə, 18 yaşdan kiçik olan iki nəfər də daxil olmaqla üç yeniyetmə qız Grok-un onların fotolarından istifadə edərək saxta çılpaq və pornoqrafik görüntülər hazırladığını iddia edir. Şikayətçilər bildirir ki, bu görüntülər onların razılığı olmadan yaradılıb və müxtəlif platformalarda yayılıb.
Yeniyetmələr qeyd edir ki, sözügedən məzmun deepfake texnologiyası ilə hazırlanıb və bu səbəbdən ciddi zərər görüblər. Onlar həm maddi təzminat tələb edir, həm də bu cür məzmunların tamamilə qadağan olunmasını istəyirlər.
İddiaçıların vəkili Vanessa Baehr-Jones bildirib ki, xAI bu riskləri bilməsinə baxmayaraq, lazımi tədbirləri görməyib. Açıqlamada şirkətin "uşaqlar da daxil olmaqla real insanların istismarından gəlir əldə etməyi seçdiyi" iddiası xüsusi diqqət çəkir.
İş materiallarına əsasən, hazırlanmış saxta məzmunların Discord platformasında paylaşıldığı və hətta şübhəlilərdən birinin telefonunda süni intellekt vasitəsilə yaradılmış uşaq istismarı materiallarının aşkar edildiyi qeyd olunur.
Bu iş Grok-un razılıq olmadan çılpaq görüntülər hazırlaması ilə bağlı azyaşlılar tərəfindən açılan ilk məhkəmə işi kimi qeydə alınıb. Hadisə süni intellekt texnologiyalarının sərhədləri və nəzarəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
İngiltərədə yerləşən Center for Countering Digital Hate təşkilatının araşdırmasına görə, Grok yalnız yanvar ayında iki həftə ərzində təxminən 3 milyon cinsi məzmunlu görüntü yaradıb. Bu görüntülərin təxminən 23 minində uşaqların yer aldığı iddia olunur.
Açılan bu məhkəmə işi, daha əvvəl Elon Maskın uşaqlarından birinin anası tərəfindən başladılan hüquqi proses və Avropa İttifaqı tərəfindən aparılan araşdırmalarla birlikdə genişlənən bir dosyenin tərkib hissəsinə çevrilib. xAI isə yanvar ayında verdiyi açıqlamada Grok-un fotolarda insanları "soyundurmaq" funksiyasını deaktiv etmək üçün tədbirlər görəcəyini bildirmişdi.
ABŞ-ın Oman körfəzindəki blokadası Tehrana görünməmiş təzyiq göstərib...
Vaşinqton Tayvanla bağlı səhv ssenariyə hazırlaşır...
Demək olar ki, hazır sosial reklam ideyası dərhal ağlıma gəldi...
Güclü biznes icmasının olmaması hökumət üçün rəqabəti azaldır…
O, Ukraynaya qarşı müharibə ilə həm özünü, həm də Rusiyanı güzəştə gedib...
Cəmi altı il əvvəl heç bir ölkə bir-birini tanımırdı…
...estetik səbəblərə görə? Təhlükəsizlik, yoxsa görünüş?
Bu vəziyyət Ukraynanın bütün cəbhə xətti boyunca müşahidə olunur...