PDF Oxu

Dünya

  • 1 469

Ukrayna ordusu Rusiya üçün getdikcə daha ciddi problemlər yaradır...

Ukrayna zərbələrinin hədəfləri dəyişib...

image

...2026-cı ilin əvvəlindən bəri Ukrayna Müdafiə Qüvvələri zərbə taktikalarını və hədəflərini dəyişdirərək Rusiya üçün taktiki, əməliyyat və strateji səviyyələrdə getdikcə daha ciddi çətinliklər yaradır.

SİA xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu bildirir.

Analitiklər qeyd edirlər ki, Ukrayna pilotsuz təyyarə bölmələri taktiki nailiyyətlər əldə etmək üçün Rusiya artilleriyasına, pilotsuz təyyarə operatorlarına və yaxın arxa cəbhədəki logistika hədəflərinə getdikcə daha çox üstünlük verir və uğurla zərbələr endirir.

Məsələn, 17 martda Liman istiqamətində fəaliyyət göstərən Ukrayna pilotsuz təyyarə batalyonu Rusiya piyada qüvvələrinə ağır zərbələr endiriblər.

Təbii ki, bu, Rusiya hücumlarının sayını azaldır və Ukrayna qüvvələrinə lokal nailiyyətlər əldə etməyə imkan verir.

...Rusiya rabitə antenalarına qarşı tez-tez dron hücumları Rusiya qüvvələrini ruhdan salır və cəbhə xəttində rabitəni pozur.

Müharibənin Tədqiqi İnstitutu qeyd edir ki, Rusiya taktiki arxa cəbhəsinə qarşı bu yaxın məsafəli kampaniya həm Rusiyanın hücum, həm də müdafiə qabiliyyətlərini getdikcə zəiflədir, Ukrayna Silahlı Qüvvələrinin taktiki uğurlar qazanmasına imkan verir və Rusiyanın 2026-cı ilin gözlənilən yaz-yay hücumu üçün artilleriya hazırlığı aparmaq qabiliyyətinə mane olur.

Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın hava müdafiəsini zəiflətmək və Rusiya arxa cəbhəsində orta və uzun mənzillərdə digər dəyərli hədəfləri tapmaq üçün sistematik əməliyyatlar aparır. Məsələn, Ukraynalı açıq mənbəli kəşfiyyat analitiki 18 martda bildirib ki, Ukrayna qüvvələri tərəfindən cəbhə xəttindən 50-250 kilometr məsafədə aylıq orta mənzilli hücumların sayı 2025-ci ilin noyabr ayından bəri dörd dəfə artıb.

Əli Babayev

Digər xəbərlər

“Biz heç vaxt qardaş olmayacağıq..!”

Belaruslular ruslara: “Biz Ukraynanı dəstəkləyirik...”

“Atan kazaklar...” yox ey, amerikalılardır..?

ABŞ İran dronlarının surətlərindən istifadə edərək Körfəz ölkələrinə hücumlar edir..?

İranın müdafiə fəlsəfəsinin unikallığı..?

İranın son raketini atıb son buraxılış qurğusunu məhv etdikdə müqavimətin sonunun gələcəyini düşünmək səhv olardı...

Əfqanıstan və Pakistan əməliyyatları dayandırırlar: bayrama görə...

Tərəflər qarşıdan gələn İslam Ramazan bayramı ilə əlaqədar müvəqqəti atəşkəs barədə razılığa gəliblər...

Çağırışçılar çox vaxt heç cəbhəyə belə çatmırlar, elə...

Z-bloqçu Rusiya ordusundakı qəribə itkilər haqqında hekayələr paylaşıb...

Kiyev müsəlmanlar arasında terrorçuları cəlb edir..?

Təxribatçıların bəzilərinin yaşı 18-dən azdır..?

Səudiyyə Qətərə hücumdan sonra İranı hərbi qisasla hədələyir...

Sərt cavab təkcə Qətərin Ras Laffan kompleksinə edilən zərbələr deyil, həm də krallığın ərazisinə birbaşa hücumlar ilə əlaqədardır...