...Çin 2024-cü ildə Rusiya ilə birgə elmi nəşrlərin siyahısında digər ölkələri geridə qoyaraq birinci yeri tutub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ən aktiv əməkdaşlıq təbiət elmləri sahəsində qeydə alınıb. 2024-cü ildə Çin Scopus indeksli jurnallarda rusiyalı tədqiqatçılarla birgə dərc olunmuş elmi məqalələrin sayına görə dünyada liderlik edib.
Beynəlxalq birgə nəşrlərin ümumi sayından (19.299) Çinin payına 4.160 (təxminən 22 faiz) düşüb.
Bu məlumatlar HSE Elm Göstəriciləri kolleksiyasında təqdim olunur.
ABŞ 3.111 nəşrlə (16%) ikinci yeri tutub, ardınca Almaniya (2.489, 13 faiz) və Hindistan (2.053, 16 faiz) gəlir. Birləşmiş Krallıq (1.872, 10 faiz), Fransa (1.707) və İtaliya (1.647) də ilk onluğa daxil olub.
Qlobal olaraq, Çin 2024-cü ildə Scopus-da nəşrlərin ümumi sayına görə dünyada liderlik edib (1,2 milyon, 31 faiz), ABŞ-ı (627.000, 16 faiz) və Hindistanı (310.000, 8 faiz) qabaqlayıb. Rusiya 100.900 məqalə (3 faiz) ilə 13-cü yerdə qərarlaşıb.
2022-ci ildə baş verən geosiyasi hadisələr səbəbindən Web of Science və Scopus beynəlxalq verilənlər bazaları Rusiya elmi jurnallarını indeksləşdirməyi dayandırdı.
Buna cavab olaraq Rusiya hökuməti bu verilənlər bazalarına nəşrlərin daxil edilməsinə moratorium tətbiq edərək, onu 2024-cü ilin sonuna qədər uzadıb.
Alternativ olaraq, 2024-cü ilin noyabr ayından başlayaraq qrant müraciətlərinə baxılarkən bu beynəlxalq verilənlər bazalarının funksiyalarını əvəz edəcək elmi jurnalların "Ağ Siyahısı" yaradılıb.
Əli Babayev
Ukrayna zərbələrinin hədəfləri dəyişib...
Belaruslular ruslara: “Biz Ukraynanı dəstəkləyirik...”
ABŞ İran dronlarının surətlərindən istifadə edərək Körfəz ölkələrinə hücumlar edir..?
İranın son raketini atıb son buraxılış qurğusunu məhv etdikdə müqavimətin sonunun gələcəyini düşünmək səhv olardı...
Tərəflər qarşıdan gələn İslam Ramazan bayramı ilə əlaqədar müvəqqəti atəşkəs barədə razılığa gəliblər...
Z-bloqçu Rusiya ordusundakı qəribə itkilər haqqında hekayələr paylaşıb...
Təxribatçıların bəzilərinin yaşı 18-dən azdır..?
Rusiya iki tanker göndərib...
Sərt cavab təkcə Qətərin Ras Laffan kompleksinə edilən zərbələr deyil, həm də krallığın ərazisinə birbaşa hücumlar ilə əlaqədardır...