PDF Oxu

Dünya

  • 3 183

İran ABŞ bazasına rekord məsafədən hücum etdi

image

Bugünkü hücum o deməkdir ki, İran əvvəllər rəsmi olaraq etiraf etdiyindən daha uzun mənzilli raketlərə malikdir və həqiqətən də ABŞ-ın Yaxın Şərqdən kənardakı maraqlarını təhdid etməyə qadirdir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran müharibənin başlanğıcından bəri ilk dəfə olaraq orta mənzilli ballistik raketlərdən istifadə edərək, ABŞ və Böyük Britaniyanın istifadə etdiyi Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasına hücum edib.

Bildirilir ki, cəmi iki raket buraxılıb, lakin onlardan heç biri hədəfə çatmayıb: biri uçuşda uğursuzluqla okeana düşüb, ikincisindən sonra isə Amerika esminesi SM-3 tutucu raketini buraxıb. Lakin tutma faktını dəqiq müəyyən etmək hələlik mümkün olmayıb.

Öz növbəsində, İranın Mehr xəbər agentliyi bu hücumu "əhəmiyyətli bir addım" adlandıraraq əlavə edib ki, "İran raketlərinin mənzili düşmənin əvvəllər təsəvvür etdiyindən daha yüksəkdir".

Dieqo Qarsiya bazası İrandan təxminən 4000 km məsafədə yerləşir. Bu məsafə İran raketləri üçün əvvəllər göstərilən limitdən iki dəfə çoxdur. İranın xarici işlər naziri Abbas Əraqçi ötən ay iddia etmişdi ki, Tehran raketlərinin mənzilini qəsdən 2000 km ilə məhdudlaşdırıb ki, bu da təhlükə kimi qəbul edilməsin.

Nəşrin məlumatına görə, hazırkı hücum o deməkdir ki, İranın sərəncamında əvvəllər rəsmi olaraq etiraf etdiyindən daha uzun mənzilli raketlər var və ilk dəfə olaraq ABŞ-ın Yaxın Şərqdən kənardakı maraqlarını təhdid etmək qabiliyyətini nümayiş etdirir.

Dieqo Qarsiya ABŞ üçün ən vacib strateji hərbi obyektlərdən biridir. ABŞ Çaqos arxipelaqında yerləşən bu adadan strateji bombardmançı təyyarələr, nüvə sualtı qayıqları və esminetslər yerləşdirir. Baza 1970-ci illərdə inşa edilib.

İsrailin Baş naziri Binyamin Netanyahu daha əvvəl İranın artıq uranı zənginləşdirmək və ballistik raketlər istehsal etmək iqtidarında olmadığını bildirmişdi . O, bu açıqlamaları İsrailin İrana qarşı hərbi kampaniyası fonunda vermişdi.

Digər xəbərlər

“Axmaqlar diyarında xəyallar tarlası..?”

Demək olar ki, hazır sosial reklam ideyası dərhal ağlıma gəldi...

Putin geridə qalmış Rusiyadan faydalanır…

Güclü biznes icmasının olmaması hökumət üçün rəqabəti azaldır…

Duda: Putin heç bir böyük lider üçün ciddi tərəfdaş deyil...

O, Ukraynaya qarşı müharibə ilə həm özünü, həm də Rusiyanı güzəştə gedib...

Yaxın Şərqdə yeni bir müdafiə ittifaqı yaranır…

Cəmi altı il əvvəl heç bir ölkə bir-birini tanımırdı…

Tramp güllə keçirməyən jilet geyinməkdən imtina edir...

...estetik səbəblərə görə? Təhlükəsizlik, yoxsa görünüş?

“Biz rusları cəbhə xəttinə çatmamışdan əvvəl məhv edirik”...

Bu vəziyyət Ukraynanın bütün cəbhə xətti boyunca müşahidə olunur...

Britaniya Putinə qarşı ittifaq hazırlayır...

Məqsəd Rusiyanın Arktika və Şimali Atlantikadakı fəaliyyətini məhdudlaşdırmaqdır...