İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin növbəti – sayca üçüncü – "F16" qırıcısını vurduğunu bəyan edib.
SİS bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, qırıcı bu gün səhər saatlarında İran səmasında aviakosmik qüvvələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
"Müharibənin ilk 3 həftəsi ərzində düşmənin pilotsuz uçuş aparatları, qanadlı raketləri, yanacaqdoldurma təyyarələri və ən müasir qırıcıları da daxil olmaqla 200-dən çox uçuş aparatının uğurla ələ keçirilməsi İranın hava hücumundan müdafiəsinin gücləndiyini nümayiş etdirir", - mətbuat xidmətindən bildirilib.
Bu gün İsrail Ordusunun mətbuat xidmətindən bildirilib ki, İranın hava məkanında İsrail qırıcısının zenit raketi ilə hədəfə alınması qeydə alınıb. Məlumata görə, təyyarə zədələnməyib və missiya plana uyğun olaraq yerinə yetirilib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...