PDF Oxu

Dünya

  • 4 313

İran Xarici İşlər Nazirliyi: "Tehran Vaşinqtonla heç bir danışıqlar aparmayıb"

image

İran ABŞ ilə danışıqların aparıldığı iddia edilən xəbərlərə münasibət bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran Vaşinqtonla heç bir danışıqlar aparmayıb. Diplomat bildirib ki,

"Biz ABŞ ilə danışıqlar aparmamışıq. Son bir neçə gündə bir sıra dost ölkələrdən ABŞ-ın müharibəyə son qoymaq məqsədi daşıyan danışıqlar tələbləri ilə bağlı mesajlar alınıb və bu tələblərə ölkənin prinsipial mövqeyinə uyğun olaraq cavab verilib".

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ və İranın sülh razılaşmasına nail olmaq üçün bütün şanslarının olduğunu bildirmişdi. O, həmçinin Vaşinqton və Tehran arasında danışıqlarda konkret nəticələrə ümid etdiyini qeyd edib.

Siyasətçinin sözlərinə görə, ABŞ və İran son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatların tam və hərtərəfli dayandırılması ilə bağlı çox məhsuldar təmaslar aparıblar.

Digər xəbərlər

Donald Trampın uşaqlıq evi necə görünür

Tərk edilmiş evdən 2 milyon dollarlıq köşkə...

Rusiyanın Penza şəhərində adam axtarışı aparılır

Naməlum mülki şəxslər rusları müharibəyə göndərmək üçün toplayırlar...

Bu, aysberqin yalnız görünən hissəsidir

Rusiya beş ildir ki, mümkün olan ən bahalı şəkildə mübarizə aparır...

ISW: Rus generalları Putinə yalan danışır

Ukrayna Silahlı Qüvvələri Xarkov və Sumı bölgələrində uğurlu hücumlar həyata keçirir...

Minlərlə miqrant sərhədləri keçib

İspaniyanın Seuta şəhəri sərhəd pozuntusundan sonra çökmək üzrədir. 20 mindən çox miqrant bu şəhərə daxil olub...

Putinin fiaskosu

Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...