Britaniya və Argentina astronomları əvvəllər astronomlara məlum olmayan yüzdən çox ekzoplanetin mövcudluğunu müəyyən etməyə imkan verən neyron şəbəkəsi hazırlayıblar. Bu uğur Yerə bənzəyən planetlərin və digər nadir planet növlərinin axtarışında süni intellektdən istifadəyə yol açır. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uorvik Universitetinin mətbuat xidməti məlumat verib.
"Biz 118 ekzoplanetin mövcudluğunu təsdiqləyə bildik. Bunun sayəsində ulduzlarından qeyri-adi dərəcədə yaxın məsafələrdə orbitdə fırlanan planetlərin ən ətraflı kataloqunu tərtib etdik. Bu da bizə tədqiqat üçün ən maraqlı obyektləri seçməyə kömək edəcək", - Uorvik Universitetinin astronomu Marin Lafarq deyib.
Alimlər bu kəşfi 2018-ci ilin aprel ayında Kepler zondunun əvəzinə orbitə buraxılan TESS (Transiting Exoplanet Survey Telescope) teleskopunun təsvirlərinin avtomatik təhlili üçün hazırlanan alqoritmi sınaqdan keçirərkən ediblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...