...BMT Baş Assambleyası, Qananın təklif etdiyi, kölə ticarəti zamanı afrikalıların kölələşdirilməsini "bəşəriyyətə qarşı ən ağır cinayət" kimi tanıyan qətnaməni demək olar ki, yekdilliklə dəstəkləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Rossiyskaya Gazeta" yazır.
Qətnamədə kölə ticarəti üçün üzr istənilməsinin, eləcə də maliyyə kompensasiyasının nəzərdən keçirilməsi tələb olunur - pullar təzminat fonduna bağışlanmalıdır.
Lakin sənəddə konkret kompensasiya məbləği göstərilmir. Qətnaməni 123 ölkə dəstəkləyib, yalnız ABŞ, İsrail və prezidenti Xavyer Miley yəhudi olan və İsraili dəstəkləyən Argentina əleyhinə səs verib.
AB üzv dövlətləri də daxil olmaqla əlli iki ölkə bitərəf qalıb. Birləşmiş Krallıq da daxil olmaqla bir sıra ölkələr müasir qurumların keçmiş səhvlərə görə məsuliyyət daşıya bilməyəcəyini bildiriblər.
BMT Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq, Baş Assambleyanın qətnamələri beynəlxalq ictimaiyyəti narahat edən məsələləri əks etdirsə də, heç bir hüquqi qüvvəyə malik deyil.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...