PDF Oxu

Dünya

  • 4 058

Qlobal enerji böhranı böyüyür: İraqın neft istehsalı və ixracı kəskin azaldı

image

İraq Neft Nazirliyi ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin gedişi səbəbiylə İraqdakı neft layihələrinin böyük ölçüdə dayandığını bildirib.

Nazir müavini Basim Məhəmməd Hudeyr ölkənin resmi xəbər agentliyi INA-ya verdiyi açıqlamada, beft istehsalı səviyyəsinin yalnız müharibənin başa çatmasından sonra mümkün olacağını deyib. O, hələlik qaz sektorunda ciddi problem olmadığını, lakin müharibə davam edrəsə bu sektorda da problemlər yaranacağını bildirib.

Nazir müavini tamamilə idxala və lojistik dəstəyə bağlı olan inşaat layihələrində də böyük problem yarandığını bildirərək boğazın bağlanmasının bir çox sahələrə ciddi təsir etdiyini vurğulayıb.

Qedy edək ki, İranın ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinin enerji bazalarına zərbələr endirməsi və Hörmüz boğazını ABŞ, İsrail və onların körfəzdəki müttəfiqləri üçün bağlaması bütün regionun neft-qaz istehsalının və ixracının kəskin azalmasına səbəb olub.

"Ekonomist" jurnalının analizində İranın Hörmüz boğazını bağlamasının neft və təbii qaz ixracını ciddi şəkildə azaltdığı və bunun qlobal enerji bazarları üzərində ciddi təzyiq meydana gətirdiyi qeyd olunur.

Analizdə körfəz ölkələrinin müharibə istəmədiyi, getdikcə daha güclü zərbələr endirən və meydan oxuyan bir İranın ortaya çıxmasından narahat olduqlarını bildirdikləri qeyd olunur.

"ABŞ və körfəzdəki müttəfiqləri döyüşmək istəmir. İndi yaralı və düşmənə meydan oxuyan bir İranın əvvəlkindən daha böyük bir təhlükə olaraq ortaya çıxmasından qorxurlar"- jurnal yazır.

Elçin

Digər xəbərlər

Donald Trampın uşaqlıq evi necə görünür

Tərk edilmiş evdən 2 milyon dollarlıq köşkə...

Rusiyanın Penza şəhərində adam axtarışı aparılır

Naməlum mülki şəxslər rusları müharibəyə göndərmək üçün toplayırlar...

Bu, aysberqin yalnız görünən hissəsidir

Rusiya beş ildir ki, mümkün olan ən bahalı şəkildə mübarizə aparır...

ISW: Rus generalları Putinə yalan danışır

Ukrayna Silahlı Qüvvələri Xarkov və Sumı bölgələrində uğurlu hücumlar həyata keçirir...

Minlərlə miqrant sərhədləri keçib

İspaniyanın Seuta şəhəri sərhəd pozuntusundan sonra çökmək üzrədir. 20 mindən çox miqrant bu şəhərə daxil olub...

Putinin fiaskosu

Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...