Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib. Bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, şənbə günü səhər tezdən pilotsuz uçuş aparatı İraq Kürdüstan Regionunun başçısının evinə hücum edib. İnsident İraqın şimalında gərginliyin davamlı olaraq artması fonunda baş verib. Həmin mənbələr hava hücumundan müdafiə (HHM) sistemlərinin Dəhükdəki Peşmərgə döyüşçülərinin bazası yaxınlığında da bir PUA-nı vurduğunu bildiriblər.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...