Kanada dünyanın ən böyük meşə ehtiyatına malik ölkələrindən biridir. Ölkə ərazisinin təxminən 38–40%-i meşəlikdir. Bu, təxminən 347 milyon hektar meşə deməkdir. Rusiya və Braziliyadan sonra Kanada dünyanın meşə sahəsinə görə 3-cü ölkəsidir. Kanadadakı meşələrin böyük hissəsi boreal meşələrdir – yəni iynəyarpaqlı ağaclardan ibarət şimal meşələridir. Bu meşələr həm iqlimin tənzimlənməsində, karbonun saxlanmasında, və minlərlə heyvan növünün yaşayışında böyük rol oynayır. Kanada dünyadakı bütün meşələrin təxminən 9%-nə sahibdir.
Kanadada meşə yanğınları getdikcə daha böyük bir problemə çevrilib. 2018-ci ildə baş verən meşə yanğınları Britaniya Kolumbiyası tarixində ən böyük yanğın idi, lakin bu rekord 2021-ci ildə, daha sonra isə 2023-cü ildə qırıldı. O zaman yanğınlar Kanadanın Nova Scotia əyalətinin üç qatı böyüklüyündə bir ərazini əhatə etmiş və tüstü Nyu-York şəhərinə qədər yayılmışdı. Səbəb təkcə qlobal istiləşmə deyil, həm də meşənin dəyişən tərkibidir. Ağac kəsmə şirkətləri meşəni təmizləyərkən, sürətlə böyüyən iynəyarpaqlı növ əkirlər, lakin bu ağaclar Kanadanın yerli meşələrindəki ağaclardan daha çox alovlanır.
Ölkənin meşələri o qədər böyükdür ki, bir neçə onillikdir ki, ekeoloqlar bu meşələrə insan fəaliyyətinin az təsir göstərəcəyini düşünürdülər. Meşəsiz ərazilər tam bərpa olunmur və ağac kəsimi, meşə yanğınları və dağıdıcı şam böcəyinin yayılması sayəsində bir vaxtlar böyük bir karbon uducusu olan Kanada meşələri 2001-ci ildən bəri xalis karbon emissiyası mənbəyidir.
Vankuverdəki Britaniya Kolumbiyası Universitetinin meşə ekologiyası professoru Syuzan Simard deyir ki, qırx ildir ki, meşələri qırmaqla etdiyimiz şey iqlim dəyişikliyini həll etmək və ona təbii həllər təqdim etmək qabiliyyətimizi azaltmaqdır: “Hə ril karbon tutma və saxlama texnologiyasına milyardlarla dollar sərmayə qoyulur, amma əslində ağaclar, bitkilər və yosunlar kimi yüksək dərəcədə inkişaf etmiş orqanizmlərimiz var ki, bu işi özümüz yarada biləcəyimiz hər şeydən daha effektiv şəkildə yerinə yetirirlər. Amma biz yenə də bu canlıları azaldırıq."
Simardın 2021-ci ildə nəşr olunan ən çox satılan "Ana Ağacı Tapmaq" kitabında dərc etdiyi tədqiqatı ağacların qavrayışlı olduğunu, əməkdaşlıq qabiliyyətini, bir-biri ilə ünsiyyət qura və qohumlarını tanıya bildiklərini irəli sürüb. Simard iddia edir ki, ağaclar ağıllıdır. Alimlər ənənəvi olaraq meşələri resurslar uğrunda rəqabət aparan fərdi ağaclar toplusu kimi görsələr də, Simard iddia edir ki, onlar mürəkkəb, bir-birindən asılı olan, qida maddələrinin mübadiləsi aparılan yeraltı göbələk şəbəkəsi ilə birləşdirilmiş mürəkkəb icmalardır.
O, ən qədim, ən böyük və ən çox əlaqəli ağacları ətrafdakı meşənin qorunmasındakı rolunu əks etdirmək üçün "ana ağaclar" adlandırır (baxmayaraq ki, ağaclar həm erkək, həm də dişi olur). "Əslində, bu ideyanı bir qrup tələbə və həmkarımla düşündüm. Hər kəsin anası var. Hər kəs bilir ki, anası ona qayğı göstərilib və dəstək olub. Ağaclar da belədir. Bir çox mədəniyyətlərdə ana ağaclar barədə anlayış var.
Simard sübut edib ki, yaxınlığındakı ağcaqovaq və ağcaqayın ağacları kəsiləndə, quruyanda yeni əkilmiş Duqlas küknarlarının 10%-ə qədəri xəstələnir və ölür. Doktorluq dissertasiyasının bir hissəsi olaraq, o, tez-tez vəhşi təbiətdə birlikdə böyüyən küknar və ağcaqayın ağaclarının qida maddələri mübadiləsi apardığını nümayiş etdirib. Ağcaqayın ağacı küknarın kölgəsində qaldıqda, mikoriza vasitəsilə ona daha çox karbon ötürür. Payızda ağcaqayın ağacı yarpaqlarını tökdükdə karbon axını tərsinə çevrilir.
2015-ci ildən bəri Simard, alimlərin ağacların kəsilməsinin ətraf mühitə vurduğu zərəri çox az qiymətləndirdiyini və ağacların kəsilməsinin daha davamlı yollarını araşdırdığını iddia edən nəhəng bir milli tədqiqat olan “Ana Ağac Layihəsi”ni idarə edir. Məsələn, meşəçilər meşədəki ən böyük ağaclardan bəzilərini - ana ağaclara toxunmayanda meşənin daha effektiv şəkildə bərpa olunmasına imkan verirlər.
Lalə Mehralı
Və o, buna görə Putini günahlandırıb...
Rusiya hərbi xidmətə çağırışla bağlı problemlər yaşayır...
Dərin iqtisadi böhran səbəbindən...
Şahidlər yerdənkənar sivilizasiyaların texnoloji üstünlüyə sahib olduğunu deyirlər...
Trampın mövqeyindən asılı olmayaraq...