PDF Oxu

Dünya

  • 2 261

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan su ehtiyatlarına nəzarət uğrunda gələcək mübarizədən danışıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,o, Ankarada bir sıra su təsərrüfatı obyektinin açılışında çıxış edərkən vətəndaşları sudan qənaətlə istifadə etməyə çağırıb.

"Türkiyə dünyada "su stresi" yaşayan ölkələr sırasındadır, bərpaolunan su ehtiyatlarının həcmi azalır. Bu gün su ehtiyatlarından maksimum səmərəli və düşünülmüş şəkildə istifadə etməliyik. Hazırda neft uğrunda gedən mübarizə gələcəkdə su uğrunda aparılacaq", – deyə Türkiyə lideri bildirib.

Dövlət başçısı xatırladıb ki, Yer kürəsindəki 1,4 milyard kub kilometr suyun yalnız 2,5 faizi şirin sudur. "Təmiz suya tələbat artdığı bir vaxtda, onun ehtiyatları tükənir. Bu, ifrat dərəcədə istifadə və çirklənmə ilə bağlıdır", – deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, iqlim böhranı su ehtiyatlarına təhdid yaradır. "Türkiyə bu problemlə ən kəskin üzləşən ölkələrdən biridir. Təkcə ötən quraqlıq ilində ölkədə 2334 meşə yanğını söndürülüb. Bu il 28 təyyarə, 14 pilotsuz uçuş aparatı və 2766 ədəd xüsusi texnika ilə yanğınlarla daha səmərəli mübarizə aparacağıq", – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Digər xəbərlər

Donald Trampın uşaqlıq evi necə görünür

Tərk edilmiş evdən 2 milyon dollarlıq köşkə...

Rusiyanın Penza şəhərində adam axtarışı aparılır

Naməlum mülki şəxslər rusları müharibəyə göndərmək üçün toplayırlar...

Bu, aysberqin yalnız görünən hissəsidir

Rusiya beş ildir ki, mümkün olan ən bahalı şəkildə mübarizə aparır...

ISW: Rus generalları Putinə yalan danışır

Ukrayna Silahlı Qüvvələri Xarkov və Sumı bölgələrində uğurlu hücumlar həyata keçirir...

Minlərlə miqrant sərhədləri keçib

İspaniyanın Seuta şəhəri sərhəd pozuntusundan sonra çökmək üzrədir. 20 mindən çox miqrant bu şəhərə daxil olub...

Putinin fiaskosu

Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...