PDF Oxu

Dünya

  • 2 188

Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreynə yeni hücumlar

image

Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn yeni raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına məruz qaldıqlarını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı başladılan müharibənin daha 2-3 həftə davam edəcəyini bildirməsinin ardından regionda gərginlik artıb və İran tərəfindən ABŞ obyektlərinə ev sahibliyi edən Körfəz ölkələrinə yeni cavab hücumları həyata keçirilib.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi gecə ərzində ən azı 1 PUA hücumunun qarşısının alındığını bildirib. Küveyt ordusu isə yeni raket və PUA hücumları səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb. Bildirilib ki, "eşidilən partlayış səsləri düşmən hədəflərinin zərərsizləşdirilməsi ilə bağlıdır" və vətəndaşlar rəsmi təhlükəsizlik göstərişlərinə əməl etməyə çağırılıb.

Bəhreynin Daxili İşlər Nazirliyi də yeni hücumlar səbəbindən bir çox bölgədə siqnalların səsləndiyini açıqlayaraq, əhalini panikaya düşməməyə və ən yaxın təhlükəsiz yerə sığınmağa çağırıb.

Son hücumlar nəticəsində yaralanan və ya həyatını itirənlərin olub-olmaması barədə hələlik məlumat verilməyib.

Digər xəbərlər

Donald Trampın uşaqlıq evi necə görünür

Tərk edilmiş evdən 2 milyon dollarlıq köşkə...

Rusiyanın Penza şəhərində adam axtarışı aparılır

Naməlum mülki şəxslər rusları müharibəyə göndərmək üçün toplayırlar...

Bu, aysberqin yalnız görünən hissəsidir

Rusiya beş ildir ki, mümkün olan ən bahalı şəkildə mübarizə aparır...

ISW: Rus generalları Putinə yalan danışır

Ukrayna Silahlı Qüvvələri Xarkov və Sumı bölgələrində uğurlu hücumlar həyata keçirir...

Minlərlə miqrant sərhədləri keçib

İspaniyanın Seuta şəhəri sərhəd pozuntusundan sonra çökmək üzrədir. 20 mindən çox miqrant bu şəhərə daxil olub...

Putinin fiaskosu

Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...