Macarıstanın baş naziri 16 ildən sonra ilk dəfə hakimiyyətini itirmək riski ilə üz-üzədir...
...Macarıstanın Baş naziri, Avropa Birliyinin ən uzun müddətli lideri Viktor Orban, son illərdəki ən ciddi siyasi çətinliyi ilə üzləşir. O, 12 aprel seçkilərində keçmiş müttəfiqi Peter Madyar ilə qarşılaşır və sorğular hazırkı Baş nazirin mümkün məğlubiyyətini göstərir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BBC yazır.
...Deməli, Orban ölkəni 2010-cu ildən bəri idarə edir və bu müddət ərzində siyasi sistemi kökündən dəyişdirib.
Avropa Parlamenti Macarıstanı "hibrid avtokratiya" adlandırır, Orbanın özü isə "qeyri-liberal demokratiya" və ya "xristian azadlığı" kimi terminlərə üstünlük verir.
Siyasətçi dəfələrlə AB ilə, xüsusən də Ukrayna məsələsində toqquşub, Kiyevə yardımı bloklayıb. O, Putinin Avropadakı əsas müttəfiqlərindən biri hesab olunur.
Eyni zamanda, Orban ABŞ prezidenti Donald Trampın dəstəyini alıb və Aİ daxilində sağçı qüvvələrə güvənir. Xarizmasına baxmayaraq, baş nazirin populyarlığı korrupsiya qalmaqalları və seçici yorğunluğu fonunda azalır.
İllərdir ilk dəfə olaraq açıq narazılıqla qarşılaşdı - seçki kampaniyası zamanı ona fitə basıldı.
Xatırladaq ki, Orban siyasi karyerasına 1980-ci illərin sonlarında Fidesz partiyasının qurucusu kimi başlayıb. 1998-ci ildə Avropanın ən gənc baş naziri oldu, lakin sonradan kursunu dəyişərək partiyanı milli-mühafizəkar qüvvəyə çevirdi.
2010-cu ildə hakimiyyətə qayıdandan sonra genişmiqyaslı islahatlar həyata keçirdi, media və dövlət qurumları üzərində nəzarəti və siyasi elitasının mövqeyini gücləndirdi.
AB dəfələrlə Budapeşti qanunun aliliyini pozduğuna görə tənqid etdi və bəzi maliyyələşdirmələri dondurdu.
Bu gün Orban hakimiyyəti saxlamağa çalışır, lakin onun siyasi gələcəyi on ildən artıqdır ki, ilk dəfə olaraq sual altındadır.
Əli Babayev
Tərk edilmiş evdən 2 milyon dollarlıq köşkə...
Naməlum mülki şəxslər rusları müharibəyə göndərmək üçün toplayırlar...
Nə vaxt və nə dəyişəcək?
“Üzünü qorumaq” işə yaramır.
Rusiya beş ildir ki, mümkün olan ən bahalı şəkildə mübarizə aparır...
Ukrayna Silahlı Qüvvələri Xarkov və Sumı bölgələrində uğurlu hücumlar həyata keçirir...
İspaniyanın Seuta şəhəri sərhəd pozuntusundan sonra çökmək üzrədir. 20 mindən çox miqrant bu şəhərə daxil olub...
Tramp cavab verdi…
Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...