SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fobos hava mərkəzinin baş mütəxəssisi Mixail Leus Telegram-da bildirib ki, yaz daşqınları dalğası Sibirə doğru irəliləyir.
Cənubi Volqa və Ural Federal Dairələrində, cənub-qərbi Sibir Federal Dairəsində, cənub və cənub-şərqi Uzaq Şərq Federal Dairələrindəki çaylarda aktiv yaz daşqınları müşahidə olunur. Su səviyyəsinin ən sürətli artımı Tomsk şəhəri yaxınlığındakı Tom çayında və Kozyulino kəndində buz tıxacları səbəbindən müşahidə olunur.
Su səviyyəsi Bayevo kəndi yaxınlığındakı Kulunda çayında, Altay diyarındakı Aleysk şəhəri və Xabarı kəndi yaxınlığındakı Aley çayında və Krasnoyarsk diyarındakı Krasnıy Zavod kəndi yaxınlığındakı Çulım çayında da təhlükə həddini aşır.
Daha əvvəl Tomsk vilayətində yüzdən çox mülkün və onlarla evin daşqın nəticəsində zərər gördüyü bildirilirdi.
Vəziyyəti yaxşılaşdırmaq üçün Tom çayında buzların təmizlənməsinə başlanılıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...