Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Almaniya XİN-in X hesabında məlumat yayılıb. Məlumatda səfirin nazirliyə çağırılmasının Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri ilə bağlı olduğu qeyd edilib:
"Rusiyanın Almaniya ərazisindəki hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya göstərdiyimiz dəstəyi zəiflətmək və həmrəyliyimizi sınağa çəkmək cəhdidir. Cavabımız qətidir: biz hədələr qarşısında geri çəkilməyəcəyik. Bu cür təhdidlər və Almaniyada həyata keçirilən istənilən casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir".
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...