PDF Oxu

Dünya

  • 2 461

O vaxt partlayışdan əvvəl Çernobıl səmasında dəhşətli bir məxluq görünüb..?

Arxeoloq Robert Maksvell, işçilərin ifadələrinə istinadən, fəlakətdən qısa müddət əvvəl elektrik stansiyasının üzərində nəhəng qanadları olan tünd, başsız bir məxluqun fırlandığını bildirib...

image

...Gərək ki, o dövrdə tez-tez nümayiş etdirilən "Zolaqlıların səfəri" filmində rusiyalı aktyor Yevgeni Leonovun dilindən deyilir bu: "Xotite verite, xotite net", yəni "İstəyirsiniz inanın, istəmirsiniz yox"...

...Deməli, ötən gün, 26 aprel 1986-cı ildə, yəni 40 il əvvəl Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş verən fəlakət çoxsaylı şayiələrin və əfsanələrin mövzusuna çevrilib.

SİA-nın əldə etdiyi məlumata gör, Britaniyanın "Daily Star" onlayn portalı Ukraynadakı təcrid zonasını dəfələrlə ziyarət etmiş arxeoloq Robert Maksvellin hesabatını dərc edib.

Onun sözlərinə görə, işçilər ona reaktor partlamazdan bir müddət əvvəl idarəetmə otağındakı bir neçə nəfərin Çernobıl Atom Elektrik Stansiyasının üzərindəki səmada nəhəng qanadları və parlayan gözləri olan iyrənc, başsız qara məxluq gördüyünü deyiblər.

Yerli sakinlər onu "Çernobılın qara quşu" adlandırıblar və bu bədheybətin fəlakət xəbərçisi olduğuna əmindirlər.

Alim deyir ki, işçilər tərəfindən təsvir edilən fövqəltəbii varlıq, Amerika şəhər əfsanəsindəki Mothman-a heyrətamiz dərəcədə bənzəyir. Onun görünüşü, guya, yaxınlaşan fəlakətli hadisəni xəbər verir.

Mifologiyada o, insan və quşun hibridi kimi təsvir olunur, lakin normal insanlardan daha böyük, boz rəngdə, parlayan qırmızı gözləri və təxminən üç metr qanadları var. İlk dəfə 1967-ci ildə, Gümüş körpünün dağılmasından bir az əvvəl, ABŞ-da, Qərbi Virciniyada görülüb.

...Deməli, bu fəlakət 46 nəfərin həyatına son qoyub.

...Bir daha xatırladaq ki, əfsanəyə görə, 26 aprel 1986-cı il tarixinə qədər olan günlərdə idarəetmə otağındakı bir çox insan Çernobıl səmasında fövqəltəbii bir varlıq görüb. Onlar həmçinin partlayışdan bir az əvvəl bu dəhşətli varlığı gördüklərini iddia ediblər. Çernobıl Atom Elektrik Stansiyasının işçiləri qəribə oxşar təcrübələri bölüşüblər; bəziləri kabuslar görürdü, bəziləri isə təhdidedici telefon zəngləri alırdılar,

Maksvel etiraf edir ki, bu mistik hadisələrin şahidlərindən heç biri ilə görüşə bilməyib, çünki onlar artıq ölümcül dozada radiasiyadan ölmüşdülər.

Buna baxmayaraq, Ukraynada "Çernobılın qara quşu" əfsanəsi hələ də yaşayır.

Əli Babayev

Digər xəbərlər

Donald Trampın uşaqlıq evi necə görünür

Tərk edilmiş evdən 2 milyon dollarlıq köşkə...

Rusiyanın Penza şəhərində adam axtarışı aparılır

Naməlum mülki şəxslər rusları müharibəyə göndərmək üçün toplayırlar...

Bu, aysberqin yalnız görünən hissəsidir

Rusiya beş ildir ki, mümkün olan ən bahalı şəkildə mübarizə aparır...

ISW: Rus generalları Putinə yalan danışır

Ukrayna Silahlı Qüvvələri Xarkov və Sumı bölgələrində uğurlu hücumlar həyata keçirir...

Minlərlə miqrant sərhədləri keçib

İspaniyanın Seuta şəhəri sərhəd pozuntusundan sonra çökmək üzrədir. 20 mindən çox miqrant bu şəhərə daxil olub...

Putinin fiaskosu

Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...