PDF Oxu

Dünya

  • 2 386

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı - çeçen məsələsinə görə...

image

Bu gün Almaniyanın Rusiya Federasiyasındakı səfiri Qraf Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya XİN-in rəsmis aytında yer alan məlumatda deyilir ki, səfirə bu yaxınlarda Kiyevdə keçirilən görüşlə bağlı sərt etiraz bildirilib. Belə ki, Zelenski ilə görüşdə Bundestaqın beynəlxalq işlər üzrə komitəsinin hakim Xristian Demokrat İttifaqından olan üzvü Kizevetter ilə bərabər "İçkeriya çeçen respublikası"nın (Rusiyada terror təşkilatı kimi tanınır) lideri, Rusiyanın beynəlxalq axtarışa verdiyi Aleksandr Zakayev də iştirak edib.

Alman deputat Belqorod və Kursk bölgələrində diversiya əməliyyatlarında fəal iştirak edən bu təşkilatın üzvlərinin Rusiya əleyhinə fəaliyyətlərini alqışlayıb və onları Almaniya ilə fəal əməkdaşlıq etməyə, o cümlədən Almaniyada yaşayan rus köçkünləri "Rusiyadakı ictimai-siyasi vəziyyəti pozmaq üçün əməliyyatlar aparmaq işinə cəlb etməyə" çağırıb.

Moskva Almaniya parlamentinin üzvü ilə "məşhur cinayətkarlar arasında" keçirilən bu görüşü Almaniya hakimiyyətinin Rusiyanın daxili işlərinə müdaxilə etmək və milli təhlükəsizliyinə təhdid yaratmaq niyyətinin sübutu kimi qiymətləndirib. "Rusiyaya qarşı istənilən düşmənçilik hərəkəti qaçılmaz olaraq müvafiq cavabla qarşılanacaq", - xəbərdarlıqda bildirilib.

Mətləb

Digər xəbərlər

Rusiya elitası arasında əhval-ruhiyyədə kəskin dəyişiklik baş verib

Putinin yaxın ətrafı qarışıqlıq gözləntisi ilə yaşayır...

Rusiyanın İrəvandakı təsiri aradan qaldırılıb...

Ermənistan nəhayət Rusiyadan üz döndərib Avropaya doğru yönəldi...

Bəzi bölgələrdə ruslar səfərbərliyə müqavimət göstərməyə başlayıblar...

Potensial çağırışçılar təkcə kütləvi şəkildə Gürcüstana qaçmaqla reaksiya vermirlər...

Putin kəşfiyyatın proqnozlaşdırdığından tez NATO-ya hücum edə bilər

Lakin Rusiyanın tammiqyaslı işğal həyata keçirə bilməsi ehtimalı azdır...

İmperiyanın dəli beyinləri...

Putin və onun əlbirləri aysberqin zirvəsidir...

“Putin İranla müharibənin ABŞ-ı zəiflətdiyinə inanır”

Amerika kəşfiyyatı Rusiyanın Vaşinqtona təzyiqi artıracağından qorxur...

Süni intellekt döyüşü: ABŞ və Çinin nailiyyətləri...

Amerika modelləri hələ də performans baxımından liderdir...