Kremlin Malidəki hərbi strategiyası çökür…
...Moskvanın dəstəklədiyi Mali hökuməti üçün bir sıra uğursuzluqlar Rusiyanın Afrikadakı təsirini və bölgənin strateji resurslarına çıxışını təhdid edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters bildirib
Ölkəyə "Əl-Qaidə" və Tuareq separatçıları ilə əlaqəli yaraqlılar hücum edib. Nəticədə Malinin müdafiə naziri Sadio Kamara öldürülüb və Rusiya qüvvələri ölkənin şimalındakı əsas qala olan Kidal şəhərindən geri çəkilməyə məcbur olub. Xunta lideri Assimi Qoyta hakimiyyətdə qalsa da, onun mövqeyi xeyli zəifləyib.
Analitiklər xəbərdarlıq edirlər ki, silahlı qruplar yeni ərazilərə nəzarəti ələ keçirməyə cəhd edə bilərlər və bu da rejimin davamlılığını, Rusiyanın təhlükəsizlik qarantı kimi rolunu şübhə altına alır.
Ekspertlər qeyd edirlər ki, Mali Burkina Faso, Niger və Mərkəzi Afrika Respublikası ilə yanaşı, Rusiyanın Qərbi Afrikadakı strategiyasının vacib elementidir.
Moskva hərbi dəstək müqabilində oradakı təsirini gücləndirməyə və qızıl, litium da daxil olmaqla təbii ehtiyatlara çıxış əldə etməyə ümid edirdi.
Ukraynada davam edən müharibə və beynəlxalq təzyiq fonunda Afrikadakı hər hansı bir geriləmə Rusiyanın geosiyasi mövqeyinə ciddi ziyan vura bilər.
Mali xuntasının hakimiyyəti qoruyub saxlaya biləcəyi hələ də məlum deyil. Lakin ekspertlər mövcud böhranın artıq Rusiyanın qitədəki strategiyası üçün ciddi bir sınaq halına gəldiyini qəbul edirlər.
Əli Babayev
Bir neçə sistem birlikdə işləyir...
Axı onun yeganə “müdfiəçisi” Viktor Orban indi arada yoxdur...
Ekspert Rusiya liderinin panikası səbəbini izah edir…
İqtisadçılar Rusiya iqtisadiyyatında dərin böhran barədə xəbərdarlıq edirlər...
Avadanlıqlar dayanıb...
İş adamları avtoritar rejimlərlə sövdələşmələrindən peşmandırlar...
Müsəlmanlar bu ölkədə ölülərini bir neçə həftə sonra və ya doğulduqları yerlərdən uzaqda dəfn etmək məcburiyyətində qalırlar...