İndi də “nişangahda” tələbə qız və aspirantlardır..?
...Rusiya hakimiyyəti ölkənin demoqrafik probleminin həlli yollarını daim axtarır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,..və bu istiqamətdə hələ ki, bir şey çıxarmasa da, amma "dartmaqdadır"..?
Və son zamanlar ruslar 25 yaşdan kiçik gənc qadınları, xüsusən də tələbə qızları uşaq sahibi olmağa təşviq etməyə diqqət yetirirlər.
Buna cavab olaraq, bu kateqoriyadan olan rus qadınları üçün analıq müavinətlərinin artırılması qərarı verilib.
Rus saytlarının məlumatına görə, Baş nazirin müavini Tatyana Qolikova Rusiyada tələbə qızlar və aspirantlar üçün analıq müavinətlərini artırıb.
Hazırda bu müavinət 96.000 rubl təşkil edir.
...Tələbə qızlar və aspirantlar üçün analıq müavinətlərinin tətbiq edilməsi də vacibdir. Onlar artıq regional yaşayış minimumuna əsasən hesablanır və orta məbləğ dörd dəfə artaraq 96.000 rubldan çox olub.
Qolikova bunu "Vahid Rusiya: Nəticələr!" forumunun plenar iclasında bildirib.
O, əlavə edib ki, tələbə ailələrinə dəstək də vacibdir. Bu məqsədlə ali təhsil müəssisələrində ana və uşaq otaqları kimi müvafiq infrastrukturun inkişaf etdirilməsi vacibdir.
Bu tədbir təhsil və uşaq baxımının birləşdirilməsini asanlaşdıracaq.
Maraqlıdır, görən bir şey alınacaq, amma nə bilmək olar..?
Əli Babayev
Potensial çağırışçılar təkcə kütləvi şəkildə Gürcüstana qaçmaqla reaksiya vermirlər...
Lakin Rusiyanın tammiqyaslı işğal həyata keçirə bilməsi ehtimalı azdır...
Putin və onun əlbirləri aysberqin zirvəsidir...
Amerika kəşfiyyatı Rusiyanın Vaşinqtona təzyiqi artıracağından qorxur...
Amerika modelləri hələ də performans baxımından liderdir...
Rusiya təxribatlar hazırlaya bilər...