Araşdırmalara görə, dünya üzrə kişilərin 11–20%-i həyatları boyunca xüsusilə partnyoru tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qalır Bəzi tədqiqatlarda bu rəqəm daha geniş götürülərək 20–40% arası göstərilir, bu zaman bütün zorakılıq növləri daxil edilir. Bu o deməkdir ki, hər 5 kişidən təxminən 1-i həyatında ən azı bir dəfə zorakılıq görür.
Dünya üzrə zorakılıq törədənlərin böyük hissəsi kişilərdir.Məsələn, "United Nations Office on Drugs and Crime" məlumatına görə qlobal miqyasda qətl törədənlərin təxminən 90%-i kişilərdir. Amma eyni zamanda qətl qurbanlarının da çoxu kişilərdir, yəni kişilər həm törədən, həm də qurban olur.
Böyük Britaniyada kişilər bütün zorakılıq qurbanlarının təxminən 42%-ni təşkil edir, burada hər 5 kişidən 1-i həyatında zorakılıq yaşadığını deyir. ABŞ-da kişilərin təxminən 47%-i həyatında partnyor zorakılığı ilə qarşılaşıb. Avropa ölkələri, məsələn Fransa, Portuqaliyada rəsmi zorakılıq hallarının 25–28%-i kişi qurbanlardır. Afrikada kişilər bəzi bölgələrdə zorakılıq qurbanlarının 30–40%-ni təşkil edir.
Araşdırmalar göstərir ki, ən çox zərər görənlər 18–60 yaş arası kişilərdir. Xüsusilə orta yaş (40–60) qrupunda zorakılıq halları daha çox qeydə alınır. Yeniyetmə oğlanlar (16–19 yaş) da risk qrupuna daxildir və bəzi ölkə statistikalarında bu xüsusi vurğulanır.
Bu sahədə araşdırmaların yetəri qədər olmamasının əsas səbəbi problemin gizli qalmasıdır. Kişilərin zorakılığa məruz qalması çox vaxt rəsmi statistikada az görünür, çünki bir çox cəmiyyətdə “kişi güclü olmalıdır” stereotipi hökm sürür. Zorakılıq görən kişilər utanır və sosial təzyiqdən çəkinir, bu da onların probleminin həll edilmədən qalmasına səbəb olur.
Avropanın əsas enerji mərkəzi Baltik dənizində tikilir…
Ölkə məmurların gəlirlərinin illik bəyannamələrini ləğv etmək istəyir...
Təbii ki, bu Rusiyanın mənafeyinə uyğun gəlmir və buna görə də…
Kommunistlər Kremli əsəbiləşdirdilər...
Putin hərbi xərcləri həddinə çatdırdı...
Rusiya Federasiyası ərazisində artıq oxşar hallar baş verib...
“SK Belarusun azarkeşi” Minskə köçmək qərarına gəldi…
Kreml yalnız güclə dayandırıla bilər, bir sıra güzəştlərlə deyil...
Aşqabad Çin silahlarının alışını artırır...
Siyasi analitik Rusiya Federasiyasının məğlubiyyətinə aparan yolu açıqladı...
Alimlər: Yer və Marsın eyni "əcdadı" var idi, lakin tamamilə fərqli şəkildə əmələ gəlmişdilər