Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı dünyadakı mövcud vəziyyəti və Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
"Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. XİN rəhbərləri beynəlxalq məsələlərdə və Rusiya-ABŞ münasibətlərində mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar, həmçinin ikitərəfli təmasların qrafikini müzakirə ediblər", - XİN-dən bildirilib. Bəyanatda qeyd olunub ki, söhbət konstruktiv və işgüzar xarakter daşıyıb.
Mətləb
Potensial çağırışçılar təkcə kütləvi şəkildə Gürcüstana qaçmaqla reaksiya vermirlər...
Lakin Rusiyanın tammiqyaslı işğal həyata keçirə bilməsi ehtimalı azdır...
Putin və onun əlbirləri aysberqin zirvəsidir...
Amerika kəşfiyyatı Rusiyanın Vaşinqtona təzyiqi artıracağından qorxur...
Amerika modelləri hələ də performans baxımından liderdir...
Rusiya təxribatlar hazırlaya bilər...
Stalin həqiqətən Rusiyada bu qədər sevilirmi?