Rusiya tərəfi Böyük Vətən müharibəsində qələbənin 81-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar yerli vaxtla 8 may saat 00:00-dan (Bakı vaxtı ilə saat 01:00) 10 maya qədər atəşkəs elan edəcək. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarına uyğun olaraq, sovet xalqının Böyük Vətən müharibəsindəki Qələbəsinin 81-ci ildönümünün qeyd olunduğu günlərdə - 8 may saat 00:00-dan mayın 10-dək Rusiya tərəfi atəşkəs elan edir", - məlumatda qeyd olunub.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...