PDF Oxu

Dünya

  • 4 290

ÜST-dən yeni açıqlama: hantavirusun sayı arta bilər

image

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus İspaniyanın paytaxtı Madriddə keçirilən mətbuat konfransında hantavirusun yayılması ilə bağlı xəbərdarlıq edib.

Qebreyesus İspaniyaya qəzalı gəmini qəbul etməkdə göstərdiyi həmrəyliyə görə təşəkkür edib. Mövcud vəziyyətin daha böyük bir epidemiyaya işarə etmədiyini qeyd edən Qebreyesus “Ancaq inkubasiya dövrünün uzunluğunu nəzərə alsaq, qarşıdakı həftələrdə yeni vəziyyətlə qarşılaşmaq ehtimalı var”,- deyib.

Qeyd edək ki, aprelin 1-də Argentinanın ən cənub şəhəri Uşuayyadan yola düşən lüks kruiz gəmisi “MV Hondius”da hantavirus epidemiyası aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı üçü ölümlə nəticələnən beş hadisəni təsdiqləyib.

Bəs hantavirus nədir, desək, əsasən gəmiricilər tərəfindən ötürülən bir xəstəlik kimi tanınır. Gəmiricilərin qurumuş nəcisi, sidiyi və tüpürcəyi ilə çirklənmiş havanın nəfəs alması, bəzən gəmiricilərin dişləməsi və ya cızılması ilə yoluxan virus qızdırma, halsızlıq, əzələ ağrısı kimi əlamətlərə səbəb olur. Həm də tənəffüs çatışmazlığına, bəzi hallarda isə daxili qanaxmaya və böyrək çatışmazlığına səbəb ola bilər.

Digər xəbərlər

Donald Trampın uşaqlıq evi necə görünür

Tərk edilmiş evdən 2 milyon dollarlıq köşkə...

Rusiyanın Penza şəhərində adam axtarışı aparılır

Naməlum mülki şəxslər rusları müharibəyə göndərmək üçün toplayırlar...

Bu, aysberqin yalnız görünən hissəsidir

Rusiya beş ildir ki, mümkün olan ən bahalı şəkildə mübarizə aparır...

ISW: Rus generalları Putinə yalan danışır

Ukrayna Silahlı Qüvvələri Xarkov və Sumı bölgələrində uğurlu hücumlar həyata keçirir...

Minlərlə miqrant sərhədləri keçib

İspaniyanın Seuta şəhəri sərhəd pozuntusundan sonra çökmək üzrədir. 20 mindən çox miqrant bu şəhərə daxil olub...

Putinin fiaskosu

Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...