Hazırda dünyanın bir çox ölkələrinin bir-biri ilə müharibə etdiyi dövrdə, əlbəttə, Azərbaycan sülhü bərpa edən dövlət kimi beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Ağır müharibədən cəmi 6 ilə yaxın vaxt ərzində çıxan, həm də ermənilər tərəfindən işğal dövründə daşı daş üstündə qalmayan şəhər, qəsəbə və kəndlərini bu gün abadlaşdıran, yeni kəndlər, şəhərlər salan Azərbaycan bu beynəlxalq tədbirdə iştirak edən dünya ölkələri nümayəndələrinin hər biri üçün olduqca maraqlı, cəlbedici ölkədir. Ona görə ki, dünyanın heç də hər ölkəsində işğal başa çatdıqdan, qələbə əldə olunduqdan sonra belə yaxın məsafədə vətəndaş üçün sosial şərait yaradılmır. Bunun üçün mürahibənin acılarını yaşamış, əzizlərini itirmiş, yurdu dağılmış insanlar illərlə gözləməli olur və yaxud da bütün bu məsələlərin öhdəsindən özləri gəlmək məcburiyyətində qalır: yenidən ev qurur, özü üçün şərait yaradır. Belə olduğu təqdirdə və bu, dünya ölkələrinin çoxuna aydın olduğu üçün Azərbaycan vətəndaşına qayğı göstərən bir ölkə kimi dünyanın diqqətini cəlb edir.
Elə WUF13-ün Azərbaycanda keçirilməsi də insan amilinə verilən dəyərlərdən irəli gəlir. Ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbiri də gəstərdi ki, Azərbaycan dünyanın diqqət dairəsindədir. Bu tədbirdə ölkəmizin göstərdiyi mədəniyyət, humanistlik , insanlığa xidmət edən təkliflər, çətin iqlim şəraitində yaşayan insanlara başlanğıc üçün göstərdiyi maddi yardım bütün bu dediklərimizi bir daha təsdiq etdi ki, Azərbaycan Şərqin inkişaf etmiş dövlətlərindən olmaqla bərabər, həm də məxsusi keyfiyyətləri ilə fərqlənən bir ölkədir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər, bu Zəfərdən sonra qonşu düşmənə Laçın, Kəlbəcər və Ağdamdan çıxmaq üçün verilən vaxt heç də dünyanın hər ölkəsində atılacaq addım deyildi. Müharibə bitməmiş torpaqlar azad olduqca dərhal başlanan abadlıq işləri, xüsusilə elektrik enerjisi və təbii qazla təminat məsələləri göstəriridi ki, dövlətimiz illərlə məcburi köçkün həyatı yaşayan vətəndaşlarının tezliklə ata-baba yurduna qayıtmasında maraqlıdır. Onların yurd həsrətinə qısa zamanda son qoyulmasını ön planda saxlayır.
Bir-birinin ardınca Qarabağda və Şərqi Zəngəzurda yaradılan, qurulan şəhər və kəndlər, yüzlərlə soydaşımızın 6 il ərzində yurduna qovuşması asan məsələ deyil. Dövlətlər var ki, bu məsələni yarım əsrə həyata keçirə bilmir. Dövlətlər var ki, əhalisi müasir şəhər mədəniyyətindən məhrum olan yaşayış ərazilərində həyatla mübarizə aparır. Dövlətlər var ki, vətəndaşı “gecəqondu” deyilən evlərdə yaşayır. Hansı ki, bu evlər insanların oradan-buradan əldə etdiyi taxta, şifer, karton hissələrlə quraşdırılır, onun nə istiyə, nə soyuğa, yağışa, qara heç bir dözümü yoxdur. Anti-sanitariya şəraitində yaşayan minlərlə insan eyni zamanda müxtəlif xəstəliklərin də qurbanı olur.
Lakin Azərbaycan bu kimi həssas problemləri daim diqqətdə saxlayan, insan amilini önə çəkən, sosial qayğıya ehtiyacı olan insanların, şəhid, müharibə iştirakçısı və qazilərin mənzil-məişət məsələsini prioritet kimi qəbul edən dövlətdir. Bunun sayəsində də ölkəmiz bu gün dünyanın diqqətini çəkən, belə böyük, dünya əhəmiyyətli, insana və insanlığa xidmət edən beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkələrdən birinə çevrilib.
Bütün dünya Qarabağda və Şərqi Zəngəzurda aparılan işləri izləyir. Hətta bir neçə ölkələrin investorları bu torpaqlarda şəhər və kəndlərin salınmasında iştirak edirlər. Bunun özü də bir vaxtlar Azərbaycanın haqq səsinə kar olan dünya dövlətlərinə bir mesajdır. Azərbaycanın tarixi ədaləti bərpa etdiyinə necə şahid oldularsa, bu gün vətəndaşı üçün etdiklərinə də eləcə şahiddirlər.
Beləliklə, Azərbaycan WUF-13-ə ev sahibliyi etməklə yanaşı, eyni zamanda müasir şəhərsalma metodunu ortaya qoymaqla, dünya ölkələri insanlarının sosial probleminin həllində nümunə rolunu oynayır.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun iyul ayında Nyu-Yorkda təqdim ediləcək BMT-nin Yeni Şəhər Gündəliyinin aralıq icmalının təqdim olunması ərəfəsində mühüm siyasi mərhələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu prosesə rəhbərlik edən həmsədrlər də şəxsən Bakıya gələcəklər ki, bu da görüşün qlobal şəhər siyasəti gündəmindəki əhəmiyyətini göstərir.
İnsan rifahına yönəlmiş hər bir məsələdə olduğu kimi, şəhərsalma, məskunlaşma məsələsində də Azərbaycan öz sözünü deyəcək və məsələnin həllində həmişə olduğu kimi, bu dəfə də əlindən gələni edəcək, WUF tarixinə yaddaqalan izlər salacaq.
Mətanət Məmmədova
Reuters təfərrüatları açıqlayıb...
“Namaz məkanı” adlanan bu otaqlar asanlıqla qurulur...
Məhbusların Ukraynaya kütləvi şəkildə döyüşməyə göndərilməsindən sonra həbsxana koloniyaları boşalıb...
Ukrayna Silahlı Qüvvələri qeyri-ənənəvi döyüş taktikaları ilə rusları məğlub etdi...
Disk formalı, məsafədən idarə olunan təyyarənin 1944-cü ildə yaradıldığı ehtimal edilir...
...Medianın verdiyi məlumata görə
Sofiya aydın Avro-Atlantik vektorunu qoruyub saxlayacaq...
Analitiklər Kremlin yalanlarını ifşa ediblər...