PDF Oxu

Siyasət

  • 651

“Dəmir Yumruqdan Zəfərin Səsinə” - FOTO

“Dəmir Yumruqdan Zəfərin Səsinə” - FOTO

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib.

Sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında baş tutan sərgidə 50 nəfər rəssamın əsərləri təqdim edilib.
Sərgidə Vətən müharibəsini, Müzəffər Ordumuzun qəhrəmanlığını, Şanlı Zəfərimizi və üçrəngli Dövlət Bayrağımızın əzəmətini əks etdirən müxtəlif üslub və mövzularda zəngin sənət nümunələri nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününün xalqımızın qürur və iftixar mənbəyi olduğunu qeyd edib. O bildirib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib və ərazi bütövlüyümüzü bərpa edib. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalan Azərbaycan xalqı bu gün öz üçrəngli bayrağını suverenliyimizin bərqərar olduğu bütün torpaqlarımızda qürurla dalğalandırır.
Bəxtiyar Nəbiyev “Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisinin gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, tarixi Qələbəmizin və milli-mənəvi dəyərlərimizin incəsənət vasitəsilə təbliğ olunması baxımından müstəsna əhəmiyyət taşıdığını diqqətə çatdırıb. Bəxtiyar Nəbiyev sərginin təşkilatçılarına və yaradıcı heyətə təşəkkür edərək, rəssamlara yeni-yeni uğurlar arzulayıb.
Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova çıxış edərək təsviri sənət vasitəsilə Vətən sevgisinin və Zəfər ruhunun tərənnüm edilməsinin vacibliyindən bəhs edib, sərgidə əsərləri nümayiş olunan rəssamlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Çıxışlardan sonra fəal iştirak edən rəssamlara diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər