PDF Oxu

Dünya

  • 389

WUF13: iştirakçılar nə deyir, dünya mediası nə yazır...

image

İki il ardıcıl COP29 və WUF13 kimi beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycana minlərlə qonaq gəlməklə yanaşı, eyni zamanda bu tədbirlərin keçirildiyi günlər ərzində dünya mediasının da diqqəti ölkəmizdə olur. İştirakçılar arasında Azərbaycana bir neçə dəfə gələn, ilk dəfə gələnlər də olduğu üçün təbii ki, təəssüratlar maraqlı olur.

Dünya mediası isə harada keçirilməsindən asılı olmayaraq bu cür beynəlxalq tədbirləri gündəm mövzusuna çevirməklə yanaşı, eyni zamanda tədbirin keçirildiyi ölkəni də araşdırır, mövzuya uyğun sahələrə güzgü tutur və münasibət bildirir.

Artıq sabah-mayın 22-də WUF13 öz işini başa çatdıracaq. Bəs minlərlə WUF13 iştirakçısının və dünya mediasının Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyasının Bakıda keçirilməsi ilə bağlı fikirləri nədən ibarətdir, buna nəzər salmağın maraqlı olacağını düşünərək təqdim edirik:

-Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç: “Hər dəfə Bakıya gələndə böyük dəyişiklik və inkişaf görürəm”.

- Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei: “Burada qlobal şəhərsalma gündəliyi ilə bağlı vacib məsələlərin müzakirəsi üçün yaxşı imkanlar var”.

-Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin: “Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışı çox məzmunlu idi”.

- Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko:” Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdim. Burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələr aparılır. Nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib”.

- BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax: “Forumun Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal dialoqun təşviqində və regionlararası əməkdaşlığın gücləndirilməsində rolunu əks etdirir”.

- Çindən gələn iştirakçı Menqşu Li forumun beynəlxalq atmosferindən və şəhərin memarlığından təsirləndiyini bildirib: “Bakı çox gözəl və mədəni xüsusiyyətlərlə zəngin şəhərdir”.

-Reddit istifadəçisi, WUF13 qonağı: “Old City-İşərişəhər, Alov qüllələri-Flame Towers, Heydər Əliyev Mərkəzi-Heydar Aliyev Center mütləq görülməlidir”.

Xarici turistlər Bakının tarixi və modern memarlığının vəhdətini xüsusi qeyd edib, şəhəri qonaqpərvər və canlı adlandırıblar. Qonaqlar forum ərazisinə nəqliyyat xidmətlərinin rahat və effektiv təşkil edildiyini bildiriblər.

***

Xarici media qurumları WUF13 və Bakının ev sahibliyi ilə bağlı əsasən təşkilatçılıq, urbanizasiya, “smart city” layihələri və Azərbaycanın beynəlxalq tədbir imkanları barədə yazırlar.

-Euronews: “Bakı qlobal urbanizasiya müzakirələrinin mərkəzinə çevrilir”.
Kanal Azərbaycanın forum üçün geniş hazırlıq gördüyünü, təhlükəsizlik və logistikanın yüksək səviyyədə qurulduğunu vurğulayıb. Məqalədə Bakının “müasir Qafqaz metropolu” kimi təqdim edilməsi diqqət çəkib.

-TRT Haber, Milliyet və digər türk mediaları:
Türkiyə mediası WUF13-də Azərbaycan-Türkiyə əməkdaşlığını, “ağıllı şəhər” və “yaşıl zona” layihələrini ön plana çıxarıb. Xüsusilə Qarabağda həyata keçirilən urbanizasiya layihələri barədə geniş yazılar dərc olunub.

-Dawn, Radio Pakistan və Pakistan mediası:
Pakistan mətbuatı Bakının forumu yüksək səviyyədə təşkil etdiyini yazıb və Azərbaycanın davamlı inkişaf sahəsində liderlik nümayiş etdirdiyini vurğulayıb.

-Xinhua News Agency
Çin mediası WUF13-ü urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə qlobal dialoq platforması kimi təqdim edib. Xinhua forumun beynəlxalq əhəmiyyətini və Bakının regional mərkəz rolunu vurğulayan materiallar yayımlayıb.

-Reuters WUF13-ün iqlim, urbanizasiya və mənzil böhranı mövzularını ön plana çıxardığını yazıb. Bakı “Şərq ilə Qərbi birləşdirən urban platforma” kimi xarakterizə olunub.

-Anadolu Agency: “Bakı urban gələcəyin müzakirə olunduğu beynəlxalq platformaya çevrildi”.
Agentlik forumun iştirakçı sayına və Azərbaycanın beynəlxalq tədbir təcrübəsinə diqqət ayırıb.

-Al Jazeera forum çərçivəsində iqlim dəyişiklikləri, şəhər sıxlığı və sosial mənzil məsələlərinin müzakirəsinə geniş yer verib. Azərbaycanın COP29-dan sonra daha bir böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi vurğulanıb.

-ArchDaily dünyanın məşhur memarlıq platforması Bakının memarlıq transformasiyası, Heydər Əliyev Mərkəzi və yeni urban layihələri barədə ayrıca material yayımlayıb. Bakı “post-sovet şəhər transformasiyasının maraqlı nümunəsi” kimi təqdim olunub.

-The Business Standard: Asiya mediası Azərbaycanın urban inkişaf modelini və infrastruktur layihələrini iqtisadi inkişafla əlaqələndirib.

-UN-Habitat: Rəsmi platforma Bakının forum vasitəsilə “təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlər” mövzusunda beynəlxalq dialoqu genişləndirdiyini bildirib.

***

Xarici sosial media istifadəçiləri və forum iştirakçıları isə ən çox Bakının gecə görüntülərini, İçərişəhər, Dənizkənarı Milli Park, Alov Qüllələri və Heydər Əliyev Mərkəzini paylaşırlar.

Bütün bunlar- həm istirakçıların Bakı haqqında fikirləri, həm xarici sosial mediada paytaxtımız haqqında yazılanlar, sosial platformalarda paylaşılanlar bu şəhərin uğurlu şəhərsalma nümunəsi olduğunu təsdiq edir.

Mətanət Məmmədova

Digər xəbərlər

Rusiya iqtisadiyyatında ilk ciddi çatlar ortaya çıxdı...

AB-nin 20-dən çox sanksiyası nəzərəçarpacaq dərəcədə təsir göstərib...

Rusiya şirkətləri böyük nağd pul çatışmazlığı ilə üzləşir...

Cari xərcləri ödəmək üçün belə kifayət qədər pul yoxdur...

Putin tezliklə çətin bir seçim etməli olacaq…

O, Ukraynaya qarşı müharibəni dayandırmalı ola bilər…

“Bu, bumeranqdır”: BMT Kremli kəskin şəkildə yerinə qoydu...

Ukrayna Rusiyanın Moskvaya dron hücumları ilə bağlı şikayətlərinə cavab verdi...

Ukraynada Rusiya tank itkiləri Amerika hərbçilərini şoka saldı...

Rusiya ordusu demək olar ki, bütün tank gücünü itirib...

“Si açıq şəkildə Sibir haqqında da soruşacaq..?”

Çin Rusiyanın zəifliyindən istifadə edəcək..?